vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 18 iyun 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
QARABAĞ  
23:18 | 11 aprel 2016 | Bazar ertəsi Məqaləyə 1894 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nyu-Yorkda Qarabağ səsləri

BMT-nin mənzil-qərargahı qarşısında etiraz mitinqi keçirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında etiraz mitinqi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətinin məlumatına görə, Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutan aksiya son günlər Ermənistan ordusunun cəbhə xəttində törətdiyi hərbi təxribatlara etiraz etmək məqsədilə təşkil edilib.

Xeyli sayda türk və azərbaycanlının iştirak etdiyi mitinqdə «Qarabağ bizimdir, bizim olacaq!», «Qarabağa ədalət!», «Vətən, biz səninləyik!», «Ermənistan işğalçıdır!» şüarlarını səsləndirilib. Aksiyada çıxış edənlər 1-5 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını və dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib, işğalçı Ermənistandan təcavüzkarlıq siyasətindən əl çəkməyi tələb ediblər.

Etiraz aksiyası ilə eyni vaxtda BMT-nin Nyu-Yorkdakı mənzil qərargahı qarşısında erməni lobbisinin nümayəndələri tərəfindən müdaxiləyə cəhd edilsə də nəticəsiz qalıb və mitinq dinc şəraitdə başa çatıb.