vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
20:45 | 2 noyabr 2016 | Çərşənbə Məqaləyə 2188 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha 3 nəfər asılacaq

Ölüm cəzası verilən məhbuslar təkadamlıq kameralara köçürülüb

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi sayılan Urmiya zindanında narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq edama məhkum edilən 3 məhbus, ölüm hökmünün icrasına hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, soyadları mediaya açıqlanmayan Şüeyb, Fərhad və Dərviş adlı məhbuslar, noyabrın 1-də həbsxananın ümumi korpusundan təkadamlıq kameraqlara köçürülüb. Məhkəmə proseslərinin təfərrüatı barədə hər hansı bir məlumat yayılmayan məhbusların yaxın günlərdə dara çəkiləcəyi gözlənilir.

Son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə Çindən sonra ikinci yeri tutur.