vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
CƏMİYYƏT  
12:14 | 10 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2203 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Erməni işğalını hər gün hiss edirik»

Nazir: «Tarixi abidələrimizə, musiqimizə, mətbəximizə olan münasibətdə...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağdakı işğalını biz təkcə torpaqların itirilməsi ilə hiss etmirik. Biz hər gün - beynəlxalq tədbirlərdə, internet məkanında, mətbuatda, mətbəxdə, kinolarda bu işğalın şahidi oluruq. Elə ay, elə il olmur ki, qonşularımız bizim hansısa mədəni sərvətimizə əl uzatmasın. Bunu tarixi abidələrimizə, musiqimizə, mətbəximizə olan münasibətdə hiss edirik».

APA-nın xəbərinə görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev «Qarabağ: tarix və irs» mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Azərbaycan tərəfi ermənilərin bu iddialarının qarşısını almağa çalışır: «Azərbaycan xalqı ona məxsus olan mədəni sərvətlərin UNESCO siyahısına daxil olmasına nail olub. Bu gün tar, aşıq musiqisi, xalçamız qeyri-maddi mədəni irs siyahısına daxildir. Bu dəyərlər təkcə Azərbaycan xalqına yox, həm də bəşəriyyətə məxsusdur».