vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
13:40 | 26 oktyabr 2013 | Şənbə Məqaləyə 1569 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Diqqət! Uçurum var

ABŞ-ın son əməllərindən hiddətlənən Merkel əməkdaşlığa qarşı çıxdı, iki ölkə münasibətləri pozulub

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Rəsmi Berlin cib telefonu dinləməsini araşdırmaq üçün okeanın o tayına xüsusi qrup göndərir Suriya məsələsində həmfikir olan ABŞ və Avropa dövlətləri indi özlərinin bir-birinə inamsızlığı məsələsində fikir ayrılığı yaşayırlar. Amerikalıların Almaniya kansleri Angela Merkelin cib telefonu dinləməsini araşdırmaq üçün rəsmi Berlin okeanın o tayına xüsusi qrup göndərir.

Birləşmiş Ştatlara səfərlə əlaqədar, Almaniya hökumətinin sözçüsü Qeorq Strayter bildirib ki, Almaniyanın xarici və daxili kəşfiyyat orqanları aparılan danışıqlarda iştirak edəcək. Səfərin tarixi barədə məlumat verilməsə də, Strayter bunun ən qısa vaxt ərzində keçiriləcəyini deyib. Ölkə liderlərinin telefonlarının izlənilməzi xəbəri, Almaniya prezidenti Yoahim Qauku da narahat edib. Berlindəki iqamətgahında mətbuata verdiyi açıqlamada, Qauk amerikalı həmkarı Barak Obamadan bu iddiaların doğru və ya yalan olduğuna aydınlıq gətirməyi gözlədiyini deyib.
Avropa Birliyinin Brüsseldə keçən sammitinin ikinci günündə çıxış edən Almaniya kansleri , ABŞ Milli Təhlükəsizlik Agentliyinin telefon danışıqlarını kütləvi şəkildə izləməsi məsələsinə toxunub. Angela Merkel ABŞ və Almaniya kəşfiyyat xidmətlərinin bu məsələ ilə bağlı şəffaf və müttəfiqlərə layiq əməkdaşlığını görmək istədiyini deyib. Merkel jurnalistlərdən birinin ABŞ və Britaniyanın 1946-cı ildən bəri öz aralarında kəşfiyyat məlumatlarını mübadilə etdiyini və Almaniyanın da ABŞ-la belə bir əməkdaşlığa nail olmağa çalışması ilə bağlı sualına da cavab verib: “Detallarını bilməsəm də, ABŞ və Britaniya arasında qeyd olunan xüsusi əlaqələrin mövcud olduğundan xəbərim var, ancaq demək olmaz ki, biz ölkələrimiz arasında xüsusilə belə bir əməkdaşlığı görmək istəyirik. Biz ölkələrimizin kəşfiyyat xidmətləri arasında əməkdaşlıq bazasının olmasını istəyirik”. 
Merkel qeyd edib ki, Almaniya və Fransa ayrılıqda Amerika Təhlükəsizlik Qüvvələri ilə əlaqə saxlayacaq və bu məsələdə birgə fikir mübadiləsi aparılacaq.