vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
XADİM  
19:10 | 7 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 1726 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ən xoş arzularımı bildirirəm»

Dmitri Medvedyev Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Arif qızı Əliyevaya təbrik məktubu ünvanlayıb. AzərTAc bildirir ki, təbrikdə deyilir:

«Hörmətli Mehriban Arif qızı.

Əlamətdar bayram - 8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu bayram insanlara həmişə səmimiyyət, təbəssüm və parlaq emosiyalar bəxş edir. Yenilənmə dövrü olan bahar bizə sevinc gətirir, xüsusi ovqat yaradır. Martın 8-də biz ən yaxşı arzularımızı və ən səmimi sözlərimizi qadınlara həsr edirik.

Qadınlar ailələrinə, dostlarına və həmkarlarına diqqət və qayğı göstərir, evdə rahatlıq və harmoniya ab-havası yaradırlar. Qoy, hər bir işiniz uğurlu, doğmalarınız və yaxınlarınız xoşbəxt və firavan olsunlar.

Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm».