vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
22:40 | 18 noyabr 2013 | Bazar ertəsi Məqaləyə 1982 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərəfatı şorba ilə zəhərləyiblər

«O, qaşığı ataraq hamama qaçdı»

anspress.com

Fələstin Milli Muxtariyyətinin banisi və birinci başçısı Yasir Ərəfatın dul qadını bildirib ki, onun ərini yaxınlarından biri şorba ilə zəhərləyib.Ərəb mətbuatının məlumatına görə, Suha Ərəfat bunu Misir telekanalına müsahibəsində söyləyib.

Suha Ərəfat mərhum ərinin qalıqlarının ekspertizasını keçirməyə inad edib və İsveçrə alimləri onun nümunələrində radioaktiv polonium-210 elementi tapıblar. Bu nəticə indiki Fələstin hakimiyyətinə Ərəfatın ölümünün «qeyri-təbii yolla» olduğunu deməyə imkan verib. 
«Zəhəri şorbaya qoymuşdular. Əbu Əmmar (yəni Ərafat) birinci qaşığı udandan sonra onu sanki cərəyən vurdu… Qaşığı ataraq hamam otağına qaçdı», - deyə Suha Ərəfat Misirin «DreamTV» telekanalına bildirib.