vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MEDİA-QHT  
16:50 | 12 may 2017 | Cümə Məqaləyə 3162 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qadağandır!!!»

Azərbaycandakı bütün müxalifət saytları bloklandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin «Azadlıq« qəzetinin azadliq.info, «Azadlıq» radiosunun azadliq.org, «Turan» telekanalı («TuranTV»), «Azərbaycan saatı» teleproqramlarının (azerbaycansaati.com) və meydan.tv saytlarının bloklanması ilə bağlı mülki iddiası əsasında məhkəmə iclası yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Nurəddin Bağırov sədrlik edib. Məhkəmə iddianı təmin edib və adıçəkilən saytların blonklanması ilə bağlı qərar elan olunub.

Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi «Azadlıq» qəzetinin azadliq.info, «Azadlıq» radiosunun azadliq.org saytları, həmçinin azərbaycansaati.com, meydan.tv saytlarını, «Turan» telekanalı (Turan TV) və «Azərbaycan saatı» teleproqramlarının bloklanması ilə bağlı bir müddət əvvəl Səbail Rayon Məhkəməsinə müraciət etmişdi.

Müraciətdə bildirilirdi ki, martın 27-də nazirliyə baş prokuror Zakir Qaralovun imzası ilə məktub daxil olub. Məktubda göstərilib ki, sözügedən saytlarda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlmiş materiallar yayımlanır.