vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
16:32 | 1 iyun 2017 | Cümə axşamı Məqaləyə 2062 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

6 türk fəalın məhkəməsi başlayıb

Sasaniyan yalan ittihamlara etiraz olaraq məhkəməyə getməyib

MÖVZU İLƏ ƏLAQƏLİ

Aralarında keçən ilin may ayından bəri nəzarətdə saxlanılan Həbib Sasaniyanın da olduğu 5 milli fəalın məhkəməsinin birinci iclası may ayının 31-də Təbrizdə keçirilib.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News kimi internet portalları bu haqda məlumat yayıblar.

Bu məlumata görə, fəallar İsmayıl Əfxəmi, Həmid Səqəfi, Mehdi Cavadzadə, Yunus Rəhimi və Babək Avənd mühakimənin keçirildiyi Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsində hazır olublar. Həbib Sasaniyan isə «yalan və əsassız ittihamlara məruz qaldığına etirazını bildirmək üçün» məhkəməyə getməyib.

Hakim Bağırpurun rəhbərliyi ilə təşkil olunan məhkəmənin ikinci iclasının 20 gün sonra keçiriləcəyi bildirilir.

2016-cı ilin iyun ayında İran İslam Respublikasının ədliyyə qurumu Şərqi Azərbaycan vilayətində «separatçı GAMO şəbəkəsinin 6 nəfərlik casus qrupunun» həbs edildiyinə dair məlumat yaymışdı.

Tutulanların beşi nəzarət altına alındıqdan bir müddət sonra müvəqqəti şəkildə sərbəst buraxıldılar. Lakin Həbib Sasaniyan mühakimə edilmədən uzun müddət nəzarətdə saxlanılıb.

Sasaniyanın xanımı Fərəhnaz Fəkur keçən fevral ayında Amerikanın Səsinə müsahibədə həyat yoldaşının vəziyyətini şərh etmişdi. «Həyat yoldaşımın məsələsi türk dilidir, Azərbaycandır. O, casusluq etməyib», deyə xanım Fəkur müsahibədə vurğuladı.

İran Azərbaycanında həbs edilən türk fəallar adətən «rejimə qarşı təbliğat», «pantürkizm», «casusluq», «milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə» və «qanunsuz təşkilatlarda üzvlük» kimi ittihamlarla üzləşirlər.