vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
20:38 | 20 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 2285 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uçuşlar dayandırıldı

Blokada Doha aeroportunu çökdürdü

MÖVZU İLƏ ƏLAQƏLİ

Qonşu ölkələrin embarqosu ilə əlaqədar olaraq Qətərin paytaxtı Dohada «Həməd» beynəlxalq aeroportu 4 ölkəyə uçuşları ləğv edib. VAXT.AZ «Trend»ə istinadən bildirir ki, Dohada Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirə olmaqla ümumilikdə 12 istiqamətə uçuşlar dayandırılıb.

Məlumatda qeyd olunur ki, bu ölkələrə getmək istəyən sərnişinlər Oman və Küveytdən yola düşə bilərlər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bir neçə digər ölkə də Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.