vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
16:12 | 3 avqust 2017 | Cümə axşamı Məqaləyə 947 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yevseyevin burnuna müharibə qoxusu gəlir

Moskvadakı «erməni yuvası»nda mənzillənmiş hırbi ekspert: «Qarabağda savaş hissi daha böyükdür, nəinki Şimali Koreyada»

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyadakı MDB İnstitutunun direktor müavini, hərbi ekspert Vladimir Yevseyevin burnuna Qarabağdan müharibə iyi dəyir. Virtualaz.org xəbər verir ki, Yevseyev bu haqda Rusiya mətbuatına müsahibəsində danışıb.

MDB İnstitutu özünün bədnam ermənipərəst direktoru, Rusiya Dövlət Dumasının deputatı və komitə sədri Konstantin Zatulinə görə Azərbaycanda yaxşı tanınır. Cəmi bir neçə nəfərdən ibarət olan bu institut təmtəraqlı adına baxmayaraq əsasən erməni maraqlarını qorumaqla məşğuldur. Zatulinin müavini, istefada olan podpolkovnik Yevseyev də ermənilərə işləməkdə ondan geri qalmır. O, tez-tez KİV-lərdə, o cümlədən «Rossia Today» telekanalında Qarabağ məsələsinə dair ermənilərin mövqeyi ilə uzlaşan şərhlərlə çıxış edir.

Bu dəfə Yevseyev Qarabağdan Şimali Koreya ətrafında artan gərginliyi şərh edərkən danışıb. Onun fikrincə ABŞ-ın bu yaxınlarda qitələrarası «Minutimen III» ballistik nüvə raketini sınaqdan keçirməsi Vaşinqtonun Şimali Koreyaya birinci zərbə endirmək niyyətində olduğunu göstərir. Çünki şaxtada mənzillənmiş və  «Minutimen III» raketləri daha çox birinci zərbə üçün yararlıdır, nəinki mümkün nüvə müharibəsində cavab zərbəsi endirməyə.  Söhbət ondan gedir ki, mümkün müharibə zamanı bu raketlərin yeri məlum olduğundan onları start meydançasında zərərsizləşdirmək imkanı var.

Yevseyevə görə Şimali Koreyanın cənuba qarşı müharibəyə başlayacağını ağlabatan deyil. «Mən Cənubi Koreya ilə Şimali Koreyanın sərhədindən, demilitarizə olunmuş zonadan təzəcə qayıtmışam. Sərhədin cəmi 7 metrliyində oldum, Şimali Koreya əsgərlərinin sifətinə baxdım. Koreya demilitarizə olunmuş zonasında müharibə təhlükəsi hiss olunmur. Mən vaxtaşırı olaraq müxtəlif münaqişə zonalarında oluram: Əfqanıstanda, Pakistanda, Suriyada, müntəzəm olaraq Qarabağa gedirəm. Qarabağda məndə müharibə hissi daha böyükdür, nəinki Şimali Koreyada. ABŞ-ın preventiv zərbə endirməsinə gəldikdə isə bu, realdır, belə ehtimal var», - Yevseyev bildirib.

Şimali Koreya son vaxtlar dalbadal ballistik raket sınaqları keçirir. Sonuncu dəfə Şimali Koreya ABŞ-a çata bilən raketin sınağını keçirdiyini elan edib. Bir neçə nüvə başlığına malik olan Pxenyanın bu sınaqları Rusiyanın dəstəyi olmadan keçirməsi ağlabatan deyil. Analitiklərə görə Rusiya ABŞ-ı zəiflədə bilmək üçün Şimali Koreya rejiminin raket və nüvə proqramlarına gizli dəstək verir.

Tramp administrasiyası bildirir ki, Şimali Koreyanın ABŞ-ı təhdid etməsinə dözmək fikrində deyil. Bu günlərdə Amerikalı senator-respublikaçı Lindsi Qrem bəyan edib ki, prezident Donald Tramp Şimali Koreyanın raket və nüvə proqramının güc yoluyla həllinə hazırdır.

Senator Qremin sözlərinə görə Tramp imkan verməyəcək ki, Pxenyan ABŞ-a çata bilən və nüvə başlığı daşıyan ballistik raketlə silahlansın. «Əgər Kim Çen Inı dayandırmaq üçün müharibə lazım gələcəksə deməli müharibə olacaq. Əgər minlərlə ölən olacaqsa onlar orada öləcəklər, burada, Amerikada deyil. Tramp bunu mənim düz üzümə dedi», - senator bildirib.