«Dərmanlı yumurta» qalmaqalı böyüyür
Bəs Azərbaycanda bununla bağlı vəziyyət necədir?
Ülviyyə XUDİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bolqarıstan və Rumıniya Şengen zonasında
Uzun sürən danışıqlardan sonra Avstriyanın “saqqızını oğurlaya bildilər”
-
Avropada traktor inqilabı
Qitənin inkişaf etmiş ölkələrinin fermerləri üsyana qalxıb
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Bolqarıstandan Aİ-yə etiraz
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
-
Zaqreb üçün böyük gün
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
-
Şengen genişlənir
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
-
“Yeni iqtisadi şoklar”
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
-
Ağ Evdən Aİ-nin qərarına dəstək
ABŞ tətbiqin Rusiyanın döyüş qabiliyyətinin azaldacağına inanır
-
Pekinin Bakıya marağı artıb
Çin AB-Azərbaycan qaz anlaşmasının yaxından izləyir
-
İnflyasiyada anti-rekord
Avrozona tarixində maksimum geriləmə
-
Qərblə Çinin tək ortaq nöqtəsi
Brüssel və Pekin “yaşıl dəhliz” istəyirlər, ancaq...
-
“Təhdidlər qalib gəlməyəcək”
ABŞ və Aİ Rusiyanın “qaz şantajına” boyun əyməmək barədə xəbərdarlıq edib
-
ABŞ-Aİ razılaşmaları
LNG satışı artırılması və Ukraynaya yardım paketi müzakirə olunur
-
İki hədəfli təşəbbüs
Birləşmiş Ştatlarla Avropa İttifaqı LNG razılaşması əldə edir
-
“Qara siyahı” böyüyür
ABŞ, Avropa İttifaqı və “Böyük yeddilər” Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb
-
Şoyqu da siyahıdadır
Ehtiyatda daha sərt sanksiyalar saxlanılır
Həşərat dərmanlı yumurta qalmaqalı böyüyür: artıq Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa, İsveç də daxil olmaqla 19 ölkədə belə yumurtalar aşkarlanıb. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Beynəlxalq Qida Təhlükəsizliyi Ofisinin açıqlamasında bildirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli virtualaz.org saytına deyib ki, Azərbaycan xaricdən yalnız damazlıq yumurta alır.
«Məişət yumurtasına olan təlabat yerli istehsal hesabına ödənilir. Damazlıq yumurta isə Türkiyə, Ukrayna, Şimali Kipr, Gürcüstan və Bolqarıstandan gətirilir. Hər 5 ölkədə dərmanlı yumurta aşkarlanmayıb, amma dünyada baş verən proseslər izlənilir, vəziyyət nəzarətdədir», - Y.Xanvəli söyləyib.
Mətbuat katibinin sözlərinə görə, Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatı yumurtalarda aşkarlanan dərmandan istifadə olunmasını qadağan edib. Buna görə də də cücələrin bit və birədən qorunması üçün kimyəvi maddələrdən istifadə edilmir: «Uzun illərdir Azərbaycanda bu maddədən istifadə olunmur, Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının tövsiyələrinə tam əməl edilir».
Yumurtada aşkarlanan «Fipronil» adlı həşərat dərmanı böyrək və ciyərlərə zərər vurur.
Artıq bir çox ölkələrdə istintaq başlayıb.
Ölkədə yumurtaya olan illik tələbat 3 milyard 100 milyon ədəddir.