vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
11:44 | 23 yanvar 2014 | Cümə axşamı Məqaləyə 2911 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3 erməni kəndi boşaldılıb

«Hələ indiyə qədər belə gülləbaran olmamışdı»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ermənistanın Tavuş rayonunun üç kəndinin sakinləri öz evlərindən evakuasiya olunublar». «Axar.az» məlumat verir ki, bu informasiyanı Ermənistan mətbuatı yayıb.

Dünən ermənilərin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində hücumuna Azərbaycan ordusu kəskin cavab verib. Belə ki, Milli Ordunun cavab atəşi Ermənistanın üç kəndinin boşaldılması, əhalinin evlərindən çıxarılması ilə nəticələnib. Evlərindən sığınacaqlara göndərilən kəndlər isə Tavuş rayonunun Ayqepar, Çinan və Nerkin Karmiraxpyur olub. Mətbuat artıq həmin kəndlərin sakinlərinin səhər 06:00-a yaxın öz normal həyatlarına döndüklərini yazıb.   
Qeyd edək ki, dünən ermənilər Tovuzun Əlibəyli kəndi istiqamətində hücuma keçmişdilər. Lakin ordumuzun cavab atəşi onları geri çəkilməyə məcbur etmişdi. Əlibəyli sakinləri hələ indiyə qədər belə gülləbaran olmadığını deyiblər.