vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 12 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9995 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2935 AZN
Türk lirəsi 1 TRY = 0.4397 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AKTUAL  
13:34 | 24 sentyabr 2017 | Bazar Məqaləyə 683 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kalaşnikovun abidəsində alman avtomatının təsviri?

Sxem heykəlin arxa hissəsində yerləşdirilib

Mixail Kalaşnikova abidənin müəllifi, heykəltəraş Salavat Şerbakov BBC-nin Rus xidməti ilə söhbətində abidədə səhvən «Sturmgewehr» alman avtomatının sxeminin təsvir olunmasının mümkünlüyünü etiraf edib.

O, səhvin təsdiqlənəcəyi təqdirdə kompozisiyada dəyişiklik etməyə hazır olduğunu bildirib. Bu günlərdə tarixçi Yuri Paşolok öz «Facebook» səhifəsində məhşur sovet silah yaradıcısının heykəlinin elementlərində «StG-44» alman avtomatının sxemini gördüyünü yazıb.

Bu sxem abidənin arxa hissəsində, Kalaşnikov avtomatının müxtəlif modofikasiyalarının təsvir olunduğu yerdə yerləşdirlib.

«Bu səhv də ola bilər. Biz mütəxəssislərlə heykəl üzərində işləyən zaman məsləhətləşdik. Əgər başqa cür düşünən daha bir mütəxəssis varsa o zaman biz böyük məmnuniyyətlə ondan bu məlumatları ala bilərik. Əgər nəsə düzgün deyilsə, düzəliş edərik. Lakin burda hansısa pis niyyət olmayıb», - deyə Şerbakov bildirib.

«Mən də səhv edə bilərəm. Bəlkə Paşolok da səhv edir? Hələ ki məndə belə bir təəssürat var ki, o haqlı deyil. Amma mən onunla görüşməmişəm»,- deyə heykəltəraş əlavə edib.

O heykəl üzərində işləyən zaman muzeyə və onun arxivə müraciət etməklə yanaşı «internetdən də nəsə götürdüyünü» qeyd edib.

«İnternetdə səhvlər ola bilər, cünki belə hadisələr artıq baş verib. Mənim fikrimcə səhvi göstərən adam vətənpərvərdir. Biz onunla ümumi dil tapa bilərik. Bəlkə biz hətta onun məsləhətilə heykələ nəsə əlavə də etdik», - deyə Şerbakov vurğulayıb.

Heykəldəki elementlərdən birində «Ştrumgewehr» avtomatının sxeminin təsvir olunmasını silahlar üzrə mütəxəssis, «Kalaşnikov» korporasiyasının rəsmi internet nümayəndəsi Maksim Popenker də təsdiqləyib.

«Mən bilmirəm bu sxem orda niyə təsvir olunub. Bunun kiminsə qabiliyyətsizliyindən və ya qəsdən baş verdiyini deyə bilmərəm. Lakin bu sxemi ordan çıxarmaq lazımdır», - deyə o, «Facebook» səhifəsində yazıb.

Şerbakovun əsərlərində səhvin tapılması ilk hadisə deyil. 2014-cü ildə onun Moskvanın Belarus vağzalında müəllifi olduğu «Slavyan qızının vidalaşması» heykəlində Almaniya istehsalı «Mauser» tüfəngin təsvir olunduğu fərq edilmişdi.

Nəticədə o, heykəldən çıxarılmışdı.


Faydalı səhv


Kalaşnikovun heykəlini sifariş edən Rusiya Hərbi-Tarixi Cəmiyyəti (RHİC) artıq səhvi etiraf edərək düzəlişlərin ediləcəyini vəd edib.

«Biz bu səhvi görən insana minnətdarlıq edirik. Biz bunu heykəltəraş Salavat Şerbakova göstərdik. O, hazırda həmin abidənin yanındadır və bu plitəni sökməyə hazırlaşır. Həqiqətən o və onun şagirdləri nəyisə qarışıq salıblar», - RHİC-nin icraçı direktoru Vladislav Kononov Moskva agentliyinə bildirib.

O, əlavə edib ki, sifarişçinin yalnız bir tələbi olub - o da Kalaşnikovun əlində tutduğu avtomatın modeli.

«Qalan bütün şeylər heykəltaraşın və köməkçilərinin yaradıcı təxəyyülünün məhsuludur. Ona görə də, qoy araşdırsınlar. Onlar bu səhvi düzəldəcəklər», - deyə Kononov qeyd edib.

Bununla yanaşı o, baş verən insidentin Kalaşnikovun müstəqil konstruktor olduğunu və başqalarının icadına arxalanmadığını bir daha təsdiqlədiyini bildirib.

«Heykəltəraşın səhvi sayəsində arzu edən hər kəs StG və Kalaşnikov avtomatının tamamilə müxtəlif avtomat olduğunu görür və Kalaşnikovu mənimsəməkdə ittiham etmək doğru deyil».


Kalaşnikov Şmaysserə qarşı


Kalaşnikovun öz avtomatını Hüqo Şmaysserin (Hugo Schmaeisser) StG-44 alman avtomatının surətini çıxartmaqla yaratması barədə versiyalar mütəmadi olaraq gündəmə gəlir və hazırda internetdə fəal müzakirə edilir.

Bu fərziyyənin tərəfdarları StG-44 və Kalaşnikovun xarici bənzərliyini göstərərək, həmçinin sovet avtomatının konstruksiyasının müharibədən sonra, İjevskdə Schmeisser-in başçılıq etdiyi alman mühəndisləri işləyən zaman çıxdığını söyləyirlər.

Ameriaklılar tərəfindən əsir alınan alman silah yaradıcısı Şmaysserə 1946-cı ildə məcburi şəkildə təcrübə keçmək üçün SSRİ-yə göndərilib.

1949-cu ildə sovet ordusu Kalaşnikov sisteminin 7,62 mm çaplı ilk avtomatı qəbul edilib. Bu avtomat Qərbdə AK-47 adlandırılır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *