vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
14:07 | 9 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 1811 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bərzani tab gətirmədi

«Referendum»un nəticələri dondurulur

MÖVZU İLƏ ƏLAQƏLİ

«Kürdüstan muxtariyyətinin lideri Məsud Bərzani regiona tətbiq edilən sanksiyaların ləğvi müqabilində «referendum» nəticələrinin dondurulmasına razılıq verib».

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu İraqın vitse-prezidenti Usama ən-Nüceyfi bildirib. O qeyd edib ki, hazırda İraq hökuməti Kürdüstan bölgəsinə konfederasiya yaradılması ideyasını müzakirə edir.

Analoji müzakirələri Kürdüstan Siyasi Şurasından da təsdiqləyərək bildiriblər ki, konfederasiya yalnız mərkəzi hakimiyyətin Kürdüstanı dövlət kimi tanımasından sonra reallaşa bilər.

Qeyd edək ki, Kürdüstan təmsilçiləri ilə İraq hökuməti təmsilçilərinin son danışıqları zamanı 25 sentyabr referendumu səbəbindən bölgəyə tətbiq olunan sanksiyaların ləğvi razılaşdırılıb.