
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
“Reuters” agentliyinin İraqın xüsusi xidmət orqanlarının yüksək rütbəli əməkdaşlarına istinadən yaydığı xəbərə görə, Mayk Pompeo Bağdada son səfəri zamanı bu ölkənin rəsmilərinə xəbərdarlıq edib.
ABŞ Dövlət Departamentinin rəhbərinin xəbərdarlığında bildirilir ki, “İranın himayə etdiyi yaraqlılara nəzarət etməsəniz, təhlükə yarandığı təqdirdə, Amerika koordinasiyasız özü buna cavab verəcək”.
“Reuters”in məlumatına əsasən, Pompeonun bu səfəri rəsmi Vaşinqtonun İraqda İran tərəfindən himayə edilən şiə yaraqlılarının ABŞ-ın istifadəsində olan hərbi bazalar yaxınlığına raket daşıması ilə bağlı kəşfiyyat məlumatları əldə etməsindən sonra həyata keçirilib.
Qeyd etmək lazımdır ki, son günlər ərzində rəsmi Tehranla Vaşinqton arasında ziddiyyətlər kəskinləşib. Xüsusilə də ABŞ-ın körfəzə “USS Abraham Linkoln”, B-52 strateji bombardımançı təyyarələr və Patriot zenit-raket kompleksi göndərməsi tərəflər arasında toqquşmaların yaşanacağı ehtimalını daha da artırıb. Bundan əlavə, dünən ABŞ-ın İran təhdidləri ilə mübarizə istiqamətində Yaxın Şərq regionuna 120 min nəfərlik qoşun göndərəcəyi ilə bağlı hələlik rəsmən təsdiqlənməmiş yeni məlumatlar yayılıb.
İraq iki tərəf arasında maraqların toqquşduğu ölkələrdən biridir. İran uzun illərdir ki, bu ölkədə öz təsir dairəsini genişləndirmək, eləcə də şiə terror qruplaşmaları yaratmaq və onları müxtəlif ölkələrin suverenliyinə qarşı istifadə etmək istiqamətində fəaliyyətlər göstərir.
İraqlı yüksək ranklı hərbçilərdən birinin agentliyə dediklərinə görə, amerikalılar rəsmi Bağdaddan ABŞ-ın mənafeyini təhdid edən İran tərəfindən idarə olunan şiə yaraqlıların qarşısını almağı istəyiblər. O, həmçinin əlavə edib: “Onlar bildirdilər ki, əgər İraq torpağında Amerika qüvvələrinə qarşı hücum baş tutsa, rəsmi Vaşinqton özünü qorumaq hüququndan istifadə edərək, Bağdadla koordinasiyasız buna cavab verəcək”.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo mayın 8-də gözlənilmədən Bağdada səfər etmişdi. O, səfərinin “İranın hərbi aktivliyinin artmasından sonra” baş tutduğunu və İraq rəsmiləri ilə keçirilmiş görüşlərin məqsədinin onlardan öz ölkələrində amerikalıları qorumaq üçün lazım olan imkanlarının olduğu barədə zəmanət almaqdır.
Hələ ki, ABŞ Dövlət Departamenti Pompeonun Bağdad səfəri çərçivəsində iraqlı rəsmilərlə hansı müzakirələr apardığı barədə heç bir açıqlama verməyib.
“Biz təhdidlərlə mübarizə istiqamətində lazım olan bütün addımları atacağıq. Bundan başqa heç bir şeyi açıqlaya bilmərəm”,- deyə Pompeonun özünün səfəri ilə bağlı jurnalistlərə verdiyi açıqlamada deyilirdi.
Bir müddət öncə Amerikanın Bağdaddakı səfirliyi İraqda olan ABŞ vətəndaşlarına “ziddiyyətlərin artdığı” barədə müraciət edərək, onlardan son dərəcə ehtiyatlı olmalarını istəmişdi.
Məsələyə münasibət bildirən İraqın Baş Naziri Adil Əbdul-Mehdi isə ölkəsinin tərəflərdən hər hansı birini təhdid edəcək heç bir fəaliyyəti müşahidə etmədiyini və rəsmi Bağdadın hər bir tərəfi qorumaqla bağlı öz öhdəliklərinə əməl etdiyini deyib.
Digər tərəfdən, bu gün ABŞ Dövlət Departamenti fövqəladə vəziyyətlə əlaqədar olmayan bütün dövlət qulluqçularının Bağdaddakı səfirlikdən və Ərbildəki konsulluqdan çıxarılması barədə göstəriş verib.