vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 yanvar 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0842 AZN
Rusiya rublu 1 RUB = 0.0301 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3777 AZN
Türk lirəsi 1 TRY = 0.4493 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MUSİQİ  
19:03 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 384 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nəvəsinin sözündən keçə bilmədim»

Cəfər Cabbarlının 101 yaşlı «Ana»sı Alim Qasımovun səsi ilə

MÖVZU İLƏ ƏLAQƏLİ

«Cəfər Cabbarlı «Ana» şeirini 1916-cı ildə 17 yaşında ikən qələmə alıb. Bu şeir onun yaradıcılığında xüsusi yer tutur və bu gün ikinci həyatını yaşayır».

APA TV-nin məlumatına görə, bu fikirləri C.Cabbarlının Ev Muzeyinin direktoru, Cəfər Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı ədibin "Ana" şeirinə bəstələnmiş əsərin təqdimat mərasimində deyib: «Bu şeirə Elçin İmanov musiqi əsəri bəstələyib. Sevindirici haldır ki, ustad sənətkarımız, xalq artisti Alim Qasımov ifa edib. İnanıram bu əsər seviləcək. İdeya müəllifi filologiya elmləri doktoru, professor Vüqar Əhməddir».

Vüqar Əhməd bu şeirə musiqi bəstələməyi tanınmış bəstəkar Elçin İmanova təklif edir: «Bir verilişdə Vüqar Əhməd mənə təklif dedi ki, «sən klassikanı çox sevirsən, bəlkə klassiklərdən kiməsə müraciət edəsən». Mən bəstələdikdən sonra qulaq asdı və dedi ki, bunu ancaq bizim xalq artisti, xanəndə Alim Qasımov ifa edə bilər. Mənim isə onunla münasibətim yox idi. Dedim ki, təşəbbüskar sənsən, sən də qabağa düş».

Musiqi əsəri C.Cabbarlının Ev Muzeyi və Cəfər Cabbarlı adına "Mədəniyyət, elm və təhsilin inkişafına yardım" İctimai Birliyinin birgə layihəsi əsasında hazırlanıb. Əsərin aranjemanı Əvəz Muradova aiddir.

Musiqi əsərinə klip də çəkilib. Klipin rejissoru Fuad Təhməzov, operatoru Sənan Eynullayevdir. Rejissor bildirib ki, klipdə konkret ana obrazı yoxdur: «Bunu yaşamaq lazımdır. Mən bu itkini yaşamışam. Ona görə də klipə ürəyimi qoymuşam. Ana obrazında konkret heç kim yoxdur. Sadəcə, Cəfər Cabbarlının qızı və Elçin İmanovun anası çəkilib. «Ögey ana» və «Aygün» filmlərinin kadrlarından istifadə olunub».

Əsər xalq artisti Alim Qasımovun da ürəyincə olub. O, təqdimat mərasimində əsərdən bir parça da oxuyub.

Alim Qasımov illər əvvəl bu şeiri əzbərləyib. Lakin heç bir əsərdə ifa etməyib: «Muğamda istifadə edə bilmədim. Uzun çıxırdı. Amma təklif gəldi və oxudum. Cəfər Cabbarlının nəvəsi də zəng elədi. Onun sözündən keçə bilmədim. Elçin müəllim ifada kömək elədi, amma eşq olmasa idi, razılıq verməzdim».

Təqdimat mərasiminə toplaşanlar bildiriblər ki, Cəfər Cabbarlının «Ana» şeiri ədibin yaradıcılığında xüsusi yer tutur. Bu baxımdan şeirin musiqi ilə birgə yaşadılması önəmlidir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *