vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
23:47 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2028 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müharibə istəmirik»

Bərzani seçkiləri ləğv edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali İraq Kürd Muxtariyyətində keçirilməsi planlaşdırılan prezident və parlament seçkiləri təxirə salınıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, muxtariyyətin ali seçki və referendum komissiyası noyabrın 1-də keçiriləcək seçkilərin təxirə salındığını açıqlayıb.

Səbəb kimi rəsmi Bağdadla yaşanan gərginlik göstərilib. Komissiya tərəfindən verilən açıqlamada prezidentlik üçün heç bir namizədin müraciət etmədiyi və seçkilər üçün yeni bir tarix müəyyənləşdiriləcəyi bildirilib.

Qeyd edək ki, bölgədə keçirilən «müstəqillik referendumu»ndan sonra muxtariyyətin rəhbəri Məsud Bərzani prezident və parlament seçkilərinin noyabrın 1-də keçiriləcəyini açıqlamışdı.

Bu arada muxtariyyətin baş naziri Fallah Mustafa Bakir İraq ordusu ilə müharibə istəmədiklərini vurğulayıb. O qeyd edib ki, neft yataqlarına nəzarət etmək fikirləri də yoxdur.