vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
20:54 | 30 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 1368 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hərbi sirri yayıbmış?

Silah müfəttişini ölümündən 14 il sonra məzarından niyə çıxarıblar?

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Times» yazır ki, Britaniyanın mərhum silah müfəttişi Deyvid Kellinin (David Kelly) qəbri açılıb və onun qalıqları naməlum məkana köçürülüb. Buna kampaniyaçıların məzara «hörmətsizlik» etmələrinin səbəb olduğu deyilir.

Doktor Kelli BBC müxbirinə Toni Bleyr (Tony Blair) hökumətinin İraqa saxta iddia ilə müdaxilə etdiyinə dair məlumat vermişdi. O bildirmişdi ki, hökumət İraqa hərbi müdaxilə edərkən bu ölkədə kütləvi qırğın silahının olmadığını bilirdi.

Kellinin ailəsi bildirib ki, onlar məzarın yaxınlığında onun intihar etdiyinə şübhə ifadə edən plakatlar yerləşdirildikdən sonra onun qalıqlarını başqa, naməlum bir yerə köçürmək qərarına gəliblər.

«The Times» yazır ki, doktor Kellinin qalıqlarının məzarından çıxarılaq kremasiya edildiyi barədə xəbərlər var.

Alim 2003-cü ildə hökumətin İraq dosyesini saxtalaşdırıdığı barədə məlumatı BBC müxbirinə verdikdən sonra vəfat edib.

Onun ölümü müəyyən iddiaların yaranmasına səbəb olub. Bəziləri doktorun intihar etmədiyinə, dövlət sirrini yaydığına görə qətlə yetirildiyinə inanırlar.

Doktor Kellinin ölümünün araşdırılması üçün xüsusi komissiya yaradılmışdı.

Kellinin ailəsinə yaxın olan bir şəxs «The Times» qəzetinə bildirib ki, «Kelli üçün ədalət» adlı qrup məzarın yaxınlığında plakatlar yerləşdirib.

Alimin xanımı Canays (Janice) deyib ki, bütün bunlar onun xoşuna gəlmir və o bu hadisəni mərhum ərinin məzarına qarşı hörmətsizlik hesab edir.

Kampaniyaçı qrup Kellinin intihar etdiyinə inanmır və onun ölümünü araşdıracaq yeni komissiyanın təşkilinə çağırır.

Kampaniyaçılardan Cerard Cons (Gerrard Jonas) adlı birisi «The Times» qəzetinə deyib ki, onlar plakatlarında bu ölümün araşdırılmasını tələb edirdilər və buna görə də məzara qarşı hörmətsizlikdən söhbət gedə bilməz.

Cənab Cons inanır ki, «onlar izin itirilməsi üçün Kellinin cəsədini qəbirdən çıxararaq yandırıblar».

«Bunu 14 il sonra etmək kimə lazım idi, - deyib kampaniyaçı, - Məncə bu, xanım Kellilik məsələ deyil» - Cons deyib.

2003-cü ildə BBC jurnalisti Endryu Qilliqan (Andrew Gilligan) Kellidən aldığı məxfi informasiyanı efirə vermişdi. O doktorun adını çəkməsə də, informasiyanı verənin məhz o olduğu aşkarlanmış və alim parlament komissiyasının çox sərt dindirməsinə cəlb olunmuşdu.

Bu dinləmədən az sonra doktor Kellinin cansız cəsədi evinin yaxınlığındakı meşədən tapılmışdı. Onun 29 ağrıkəsici həb qəbul etdiyi və damarlarını bıçaqla kəsdiyi xəbər verilmişdi.

Patoloq doktor Kellinin intihar etmədiyini göstərən dəlillərin olmadığını elan etmişdi.