vaxtlı-vaxtında oxuyun! Cümə, 15 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 1.9983 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2653 AZN
Türk lirəsi 1 TRY = 0.4424 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MƏHKƏMƏ, İSTİNTAQ  
17:55 | 16 noyabr 2017 | Cümə axşamı Məqaləyə 223 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bank müdiri məhkəmə zalında həbs olundu

«Dəmirbank»ın «Bayıl» filialının rəhbəri Fərəh Rəşadətli dəmir barmaqlığa salındı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dəmirbank»ın «Bayıl» (Səbail) filialına rəhbərlik etmiş Fərəh Rəşadətli həbs olunub. Olay noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

Həmin məhkəmədə Fərəh Rəşadətli və onun rəhbərlik etdiyi filialda işləmiş daha iki əməkdaşın – xəzinədar Tamamgül Xanlarova və Fariz Qarayevin mühakiməsi başlayıb. Sabiq filial müdirinə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Digər iki əməkdaş isə yalnız vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır.

Bu cinayət işində söhbət 3 milyon manatdan artıq mənimsəmədən gedir. Mənimsənilən vəsaitlər isə banka qoyulan əmanətlər olub. Müştərilər müqavilənin vaxtı çatanda əmanətlərini bankdan götürmək istəsələr də, pullar verilməyib. «Dəmirbank» rəhbərliyinə, Mərkəzi Banka və digər qurumlara şikayətlərdən sonra onlar hüquq-mühafizə orqanlarına müraciət ediblər.

İş üzrə 8 nəfər əmanətçi zərərçəkmiş qismində tanınıb. Onların arasında şəhid ailələri, o cümlədən mərhum şair Xəlil Rza Ulutürkün yaxınları da var.

Noyabrın 16-da məhkəmənin hazırlıq iclasında məlum olub ki, təqsirləndirilən üç nəfərin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Onların üçünün də himayəsində azyaşlı uşaqları var.

Zərərçəkmişlər buna etiraz ediblər, Fərəh Rəşadətlinin barəsindəki ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsini, onun həbs olunmasını istəyiblər.

Sabiq filial müdirinin vəkili isə bu cinayət işinin istintaqda hərtərəfli, obyektiv araşdırılmadığını deyib. Müdafiəçi cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması haqda vəsatət qaldırıb.

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra zərərçəkmişlərin vəsatətini təmin edib – Fərəh Rəşadətli barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu iş üzrə məhkəmə baxışı noyabrın 21-nə təyin olunub.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *