vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
12:47 | 4 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 228 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məşhur siyasətçisi deportasiya olunduqdan sonra «yoxa çıxıb»

Əhməd Şəfiqi naməlum təhlükəsizlik rəsmilərinin himayə edirmiş

MÖVZU İLƏ ƏLAQƏLİ

Misirin keçmiş Baş naziri, Əhməd Şəfiqin ailəsi bildirib ki, o, BƏƏ-dən deportasiya olunduqdan sonra yoxa çıxıb. Keçmiş Baş nazirin ailəsi deyib ki, «o, Qahirəyə gəldikdən sonra naməlum təhlükəsizlik rəsmilərinin himayəsi ilə yoxa çıxıb».

Əhməd Şəfiq BƏƏ-də 5 il ərzində mühacirətdə yaşadıqdan sonra şənbə günü deportasiya olunub.

Şənbə günü Əhməd Şəfiqin qızı «Reuters» agentliyinə bildirib ki, ailəsi «onun oğurlandığını zənn edir».

Əhməd Şəfiq gələn il Misirdə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini bildirkdən qısa müddət sonra BƏƏ-dən deportasiya olunub.

Onun hansı əsasda BƏƏ-dən deportasiya olunduğu aydın deyil.

Keçmiş Baş nazirin ailəsi və vəkili onunla əlaqə yarada bilmədiklərini bildirib.

Əhməd Şəfiq BƏƏ-yə 2012-ci ildə, Misirdə keçirilən prezident seçkilərini Məhəmməd Mursiyə uduzduqdan sonra gəlib.

Məhəmməd Mursi hökuməti korrupsiya ittihamı ilə Əhməd Şəfiqə qarşı həbs göstərişi çıxarıb.

Bundan sonra isə, Mursi hökuməti Misir hərbiyyəsi tərəfindən devrilib, hakimiyyətə Əbdül Fəttah əs-Sisi gəlib, və nəticədə, Əhməd Şəfiq ona qarşı sürülmüş ittihamla bağlı bəraət qazanıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *