vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
13:46 | 4 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 2951 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dəqiq bilmirik - ölüb, ya yox»

Hacı Məmmədovun ailəsi: «Cəsədi hələ də bizə verməyiblər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan DİN Baş Cinayət Axtarışı İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun ailə üzvlərinə onun ölümü barədə rəsmi məlumat indiyə qədər də verilməyib. Bu barədə virtualaz.org-a Hacı Məmmədovun qardaşı qızı Leyla Məmmədova məlumat verib.

«Bizə hələ də onun cəsədi verilməyib və bundan əlavə, dəqiq bilmirik - ölüb, ya yox», - o bildirib.

Leyla Məmmədovanın sözlərinə görə, sonuncu dəfə əmisi ilə bir həftə bundan əvvəl danışıb. O, yaxşı əhval-ruhiyyədə imiş və xəstə deyilmiş. Bundan savayı, ailə üzvləri mütəmadi olaraq Hacı Məmmədova baş çəkiblər və sonuncu dəfə belə ziyarət iki həftə öncə olub.

O həmçinin əlavə edib ki, Hacı Məmmədov vərəm xəstəsi olmayıb. Buna görə də, Hacı Məmmədovun DTX-nin təcridxanasından köçürüləndən dərhal sonra Hacı Məmmədovun «vərəm zonası»na köçürülməsi şübhə doğurur.

«Əmimin ölümü barədə xəbəri haqqin.az-dan öyrəndim. Doğrudanmı, yazdığınız həqiqətdir?», - əməkdaşımızla söhbətində Leyla Məmmədova sual verib.

Qeyd edək ki, dünən Xəzər rayon prokurorluğu Hacı Məmmədovun Penitensiar Xidmətin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində özünü asaraq intihar etməsi xəbərini yayıb. Hadisə axşam saat 17:00-da baş verib.

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində həbs ediliblər.

H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.


***


Baş Prokurorluğun yaydığı xəbərdə bildirilir ki, Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun intihar faktına görə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, hazırda cinayət işi üzrə istintaq aparılır.