vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 yanvar 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0780 AZN
Rusiya rublu 1 RUB = 0.0300 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3571 AZN
Türk lirəsi 1 TRY = 0.4447 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
17:08 | 28 dekabr 2017 | Cümə axşamı Məqaləyə 365 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

45 milyon uşaq acından ölür

Dəhşətli statistika - dünya ərzaq qıtlığı ilə üz-üzədir

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyada silahlı münaqişələr və iqlim dəyişikliyi səbəbindən aclıqdan əziyyət çəkən insanların sayı artmaqda davam edir.

«Save the Children» təşkilatının 2017-ci ilin 9 ayı ilə bağlı statistikasına görə, aclıqdan əziyyət çəkən insanların sayı 112 milyon nəfər təşkil edir. Onlar arasında uşaqların sayı 45 milyondur. Maraqlıdır ki, BMT-nin statistikasında aclıqdan əziyyət çəkənlərin sayı 960 milyon nəfər kimi göstərilir.

Qida təhlükəsizliyinin qeyri-stabil olduğu ölkələr arasında Yəmən, Suriya, İraq, Cənubi Sudan, Somali, Nigeriya, Malavi və Zimbabve yer alıb.

BMT-nin Ümumdünya Qida Proqramının rəhbəri Ertarin Kazin dünya birliyinin bu insanları xilas etmək üçün ciddi səy göstərməli olduğunu deyib.

«Suriyada ərzaq yardımına ehtiyacı olan insanların sayı 9,1 milyon nəfərdir. Yaxın vaxtlarda onlardan 2 milyonu aclıq təhlükəsi ilə üz-üzə qala bilər».

BMT rəsmisi Əl-Kunteyrə, Deraa, Hələb və İdlib sakinlərinin aclıqdan daha çox əziyyət çəkdiklərini deyib. O, İordaniya, Livan, Türkiyə və İraqda qaçqın düşərgələrində yaşayan 3,5 milyon insana ərzaq talonu verildiyini də xatırladıb.

2017-ci ilin martında BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Baş katibin humanitar məsələlər üzrə müavini Stiven O-Brayen bəşəriyyətin 1945-ci ildən bəri ən ciddi ərzaq böhranı ilə üzbəüz qaldığını demişdi. Onun sözlərinə görə, Yəmən, Cənubi Sudan, Suriya, Nigeriya və Sudana aclıqla üzbəüz qalmamaq üçün 4,4 milyard dollar maliyyə yardımı göstərmək vacibdir.

Avqust ayında dünya birliyinə müraciət edən Somali prezidenti Həsən Əli Xeyrə 2 sutka ərzində 110 yerli sakinin aclıqdan öldüyünü deyib.

YUNESKO-nun hesabatlarına əsasən, Yəmən, Cənubi Sudan və Nigeriyada 1,4 milyon uşağın həyati təhlükəsi var. Nigeriyada bu rəqəm 500 min, Yəməndə isə 450 min nəfərdir.

«Save the Children» təşkilatı isə 2017-ci ilin əvvəlindən 70 min yəmənli uşağın aclıqdan öldüyünü bildirib. Bunun əsas səbəbi kimi ölkədə tüğyan edən vətəndaş müharibəsi göstərilib.

ABŞ-ın rəsmi strukturları dünyada hər gün 10-15 min insanın aclıqdan keçindiyini təxmin edir. (modern.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *