vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AİLƏ  
18:54 | 27 noyabr 2022 | Bazar Məqaləyə 1747 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məmnun olmayan, sevinə bilməyən gənclik...

Duyğusuz gələcəyi biz travmalı nəsil yetişdirmişik

ŞƏBNƏM

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaponiya sosial həyatı haqqında maraqlı bir sənədli film var. İkinci dünya müharibəsi sonrasında məğlub Yaponiya imperiyası xalqı birlik olub ölkənin inkişafı üçün fədakarlıqlar edirlər, iki nəsil ölkəsi üçün çalışır.

80 və 90-lar nəsli uşaqlıq travmalarının, atalarının məğlubiyyət əzikliyini öz övladlarına yaşatmamaq üçün hər şeylərini övladlarına fəda edirlər. Yoxdur sözünü eşitməyən bir nəsil yetişir. Rahat ölkə, sosial rifah, qayğılarına qalan böyüklər, problemsiz həyat... Nəticədə 2000-lərin başlarında intihar halları sürətlə artır. Sevinə bilməyən nəsil üçün həyat eşqi sönür. Cənubi Koreya da bunu yaşayır.

Biz də travmalı nəsilik. Ona görə də son illərdə uşaq mərkəzli ailələr olmuşuq. Tətili, gəzintini, istirahəti, hətta televizorda izləyəcəyimiz kanalı uşaqların istəyinə görə seçirik. Alış-verişdə ilk uşaqları düşünürük. Yoxdur deməyi unutmuşuq, amandır, travmalı olar, üzülər deyə nə istəsələr alınır. Evin Allahı uşaqlar olub. Beləcə, heç nəyə sevinməyən, duyğusuz, məmnuniyyətsiz nəsil gəlir. İstisnalar var əlbəttə, amma böyük əksəriyyət evlərdə dediyim durum yaşanır. İnanmırsızsa, getdiyiniz evlərdə tv-yə baxın, anaların telefonlarlnda ən çox izlənən kanallara baxın...

Ona görə aqressivlik, mərhəmətsizlik artıb. Ölüm, yaralama adiləşib, duyğusuz gələcəyi biz travmalı nəsil yetişdirmişik.