vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AİLƏ  
10:31 | 28 avqust 2018 | Çərşənbə axşamı Məqaləyə 6022 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uşaqların tərbiyəsi ilə bağlı 7 müdrik qayda

Yəhudilərdən öyrənməyə dəyər

MÖVZU İLƏ ƏLAQƏLİ

Yəhudi valideynlərin öz övladlarına sevgisi sərhəd tanımır. Uşaqlara bu cür pərəstiş demək olar ki, heç bir xalqda yoxdur. Psixoloqlar bunun həm mənfi, həm də müsbət tərəfləri barədə söz deyə bilərlər, amma, yəhudi uşaqları sevgi və diqqət sarıdan heç bir çatışmazlıq hiss etmirlər.

1. Uşaqlar üçün kompleks yaratmaq olmaz


Yəhudi ana uşağına heç vaxt – sən pissən deməz, o, belə söyləyər – bu cür yaxşı oğlan belə bir ağılsızlığı necə edə bilər?
“Mənim uşağımda çatışmazlıqlar yoxdur və ola da bilməz” – yəhudi anaların mövqeyi belədir. Ola bilər ki, analar çatışmazlıqları görürlər, lakin onlardan başqa heç kim bunu bilməyəcək.


2. Şüurlu azadlıq


Müasir yəhudi tərbiyəsi iki görünən ziddiyyətli şeyi birləşdirir: uşaq azadlığı və tələblərin sərtliyi. Bu tərzi belə bir metafora yaxşı ifadə edir: sərt divarları olan geniş, boş otaq.
Yəhudi ailələrində uşaq valideynlərin başına “çıxa bilər” və ananın dodaq boyası ilə atanın pasportunu rəngləyə bilərlər – lakin bu, uşaqlara tənə ilə baxmaq üçün əsas vermir. Yəhudi valideynlərdən ötrü uşağın sərbəstliyi – xüsusi “tərbiyə” deyil, sadəcə nəfəs ala bilmək üçün bir oksigen rolunu oynayır.
Sərt tərbiyə uşaq yolverilməzlik xəttini keçdikdə işə düşür. Yəhudi ailəsində bilirlər ki, ananın ətrini küçə pişiklərinin üzərinə tökə bilərsən, amma nənənin başına belə bir oyun gətirmək olmaz.


3. Uşağı istənilən səbəbdən tərifləmək olar


Ana uşağını həmişə tərifləyir. Bu uşağın doğuşundan dərhal sonra başlanır. Yəhudi ana uşağının istənilən kiçik uğuruna sevinir, balacanın hətta ilk rəsmi sayıla bilən ləkədən belə fərəh hissi keçirir. Bundan hökmən bütün dostlar və tanışlar xəbərdar olur, başlıcası isə uşaq başqalarının yanında tərifləndiyini mütləq özü də görməlidir. Uşağın uğuru daha ciddidirsə, onda bütün ailə üzvlərinin uzun sürən alqışları və təriflərindən yan keçmək olmaz. 
Əgər, biz özümüzü uşaqlarda müşahidə etdiyimiz yaxşı hərəkətləri, hətta “xırdalıqları” belə görməyə öyrədə bilsək və hər bir uyğun anda onları tərifləyə bilsək, mümkündür ki, bu onların davranışlarını kökündən dəyişdirə bilər. Onların yaxşılara doğru cəhdlərini yönləndirməkdən ötrü, balacaların uğurlarından dostlarınıza söz açdıqda, çalışın ki, uşaqlar həmin söhbəti dinləyə bilsinlər.


4. Davranışa görə yüksək dərəcəli məsuliyyət


Yəhudilər, tələsik atılan ən kiçik sözün və uşağın qarşısında valideynlərin törətdiyi kiçik bir fədakarlığın belə geri dönməz nəticələrə sahib ola biləcəyinə inanırlar , buna görə də, onlar öz nümunələrində söylədikləri və etdikləri hər bir şeyə qarşı çox məsuliyyətli bir davranış nümayiş etdirir və uşaqlarını da bu istiqamətə yönləndirirlər.


5. Ailədə sevgi və hörmət – uşağın psixoloji sağlamlığının rəhnidir


Yəhudi ənənəsi istənilən ailənin əsasını kişi və qadın – ata və anaın təşkil etdiyini izah edir. Ona görə uşaqları lap erkən çağlardan ananın diqqətinin ataya və atanın diqqətinin anaya yönəldiyinin ilk yerdə durduğuna öyrətmək lazımdır. Əgər uşaq valideynlərinin ilk növbədə bir-biri üçün yaşadığını mənimsəsə, onların qarşılıqlı əlaqəsinin sevgi və qayğıya əsaslandığına əmin olsa, o, özünü müdafiə olunmuş hiss edəcək. Bundan əlavə, valideynlərin bu cür davranışı – oxşamaq üçün əla nümunə olacaq. Böyüdükdən sonra, həmin uşaq öz ailəsində, məhz, belə münasibətlərin qurulmasına səy göstərəcək.


6. Valideyn olmağı öyrənmək


Valideyn tərbiyəsi uşağın doğuşundan dərhal sonra başlanmalıdır. Qız nikaha girdikdə, artıq ana olmağa hazır olmalıdır, onu “özü üçün yaşamağı” öyrətmirlər, onun əsas karyerası – evi və ailəsidir. Əgər, lap başlanğıcdan analıq və atalığa bir yük, məhdudiyyət kimi baxılarsa, yaxşı uşaq böyütmək çox mürəkkəb bir iş olacaq. Məlum olduğu kimi, öz gücünü hara yönəldirsənsə, elə oradan da nəsə əldə edirsən. 
Uğurlu, sərbəst və ayaq üstündə möhkəm durmağı bacaran uşaqlar tərbiyə etmək üçün yəhudi müdriklər tərbiyə ilə bağlı bütöv bir sistem işləyib hazırlayıblar, hansı ki, İsraildə istənilən şəxs bununla xüsusi valideyn kurslarında tanış ola bilər. Bu cür kurslar dünyanın bir çox ölkələrində yerləşən sinaqoqlar və yəhudi məktəblərində də fəaliyyət göstərir. Budur, müvəffəqiyyətli tərbiyənin ilk qanunu – o, şəxsin özünün tərbiyəsi və təhsilindən başlanır, “qadın və ana” və “kişi və ata” kimi ayrı-ayrılıqda peşələrin öyrədilməsinə əsaslanır.


7. Uşaqları vaxtdan düzgün istifadə etməyi öyrətmək


Yəhudi uşaqları tənbəlliyin və bayramlarda məhəllədə dayanıb lağ-lağı etməyin nə olduğunu bilmirlər: skripka, ingilis dili, riyaziyyat – hamısı eyni zamanda və hərəsindən bir az. Uşaqlar lap kiçik yaşlarından nə iləsə məşğul olmağa öyrədilirlər – bu normaldır.