vaxtlı-vaxtında oxuyun! Cümə, 16 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9190 AZN
1 Rusiya rublu 1 RUB = 0.0250 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2078 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3101 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
KULİNARİYA  
16:36 | 5 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 1177 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qara çay arıqlamağa kömək edir

Polifenolların faydaları təsdiq olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Independent» yazır ki, yeni araşdırmaya görə qara çay içmək artıq çəkinin atılmasında və metabolizmin yaxşılaşmasında böyük rol oynayır. «European Journal of Nutrition» jurnalında dərc edilmiş araşdırmaya görə qara çay bağırsaqlarda «yaxşı bakteriyaların» artmasına kömək edir və qara ciyərin metabolizmini yaxşılaşdırır.

Kaliforniya Universitetinin alimləri onların bu nəticəyə gəlməsinə imkan verən təcrübələri siçanlar üzərində aparıblar.

Onlar belə bir qənaətə gəliblər ki, arıqlamaq üçün həm qara, həm də yaşıl çayın xeyri var. Bu da aşkar edilib ki, həm qara, həm də yaşıl çay piylənməyə səbəb olan bakteriyaların azalmasına, əksinə metabolizmi yaxşılaşdıran bakteriyaların çoxalmasına yol açır.

Təcrübə zamanı alimlər siçanları dörd qrupa ayırıblar. Birinci qrupa yüksək yağlıqlı və yüksək şəkərli qidalar, ikinci qrupa aşağı yağlıqlı və aşağı şəkərli qidalar, üçüncü qrupa yüksək yağlıqlı və yüksək şəkərli qidalarla yanaşı yaşıl çay məhlulu, dördüncü qrupa isə yüksək yağlıqlı və yüksək şəkərli, habelə qara çay məhlullu qidalar verilib.

Müəyyən müddətdən sonra siçanların çəkiləri müəyyənləşdirilib. Məlum olub ki, yaşıl və qara çay məhlullu qidalar yedizdirilən siçanlar, aşağı yağlıqlı qidalar yedizdirlən siçanlar qədər çəki itiriblər.

Lakin qara çay məhlullu qida yedizdirilən siçanlarda «Pseudobutyrivibrio» deyilən bakteriyanın artımı müşahidə olunub. Məhz bu bakteriyalar metabolizmi yaxşılaşdırır.

«The Independent» yazır ki, əvvəllər yaşıl çayın orqanizmə qara çaydan dəfələrlə xeyirli olduğu düşünülürdü, lakin ilk dəfə olaraq qara çayın tərkibindəki polifenolların faydaları təsdiq olunub.

Bu araşdırmanın rəhbəri, Kaliforniya Universitetinin insan qidalanması professoru Suzan Henninq (Susanne Henning) deyir ki, yaşıl çay polifenollarının qara çay polifenollarından daha xeyirli olduğu məlumdur, çünki yaşıl çayın kimyəvi maddələri birbaşa qana və toxumalara işləyir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *