vaxtlı-vaxtında oxuyun! Bazar, 20 may 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0069 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2966 AZN
Türk lirəsi 1 TRY = 0.3806 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏİŞƏT  
18:07 | 22 fevral 2018 | Cümə axşamı Məqaləyə 1062 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mətbəxi mikrobsuz saxlamaq mümkündürmü?

Alimlər müasir təmizləyici vasitələrdənsə, dədə-baba sabunlara üstünlük verir

MÖVZU İLƏ ƏLAQƏLİ

  • Təmizlikdı 5 yanlış

    Hər sözdə bilirəm deyən qadınların ən azı yarısından çoxu bu yanlışlardan heç olmasa birini edir

«The Telegraph» yazır ki, antibakteriya silgiləri mətbəxi yalnız 20 dəqiqəyədək təmiz saxlayır və onlardan istifadə tamamilə əbəs vaxt itkisidir.

Nyukasl yupon Tin (Newcastle upon Tyne) şəhərindəki «Northumbria» Universitetindən biotəbabət alimi, professor Klar Lanyon (Clare Lanyon) bu qənaətdədir ki, adamlar birdəfəlik antibakteriya silgilərinə və mikroblara qarşı püskürücülərə lüzumsuz olaraq pul xərcləyirlər.

Onsuz da mətbəxdəki mebel və əşyaların silinməsindən 20 dəqiqə sonra bakteriyalar təkrar artmağa başlayırlar.

Alim bildirir ki, mətbəxi təmizləmək üçün adi sabunlu su daha səmərəlidir, çünki onun tərkibindəki kimyəvi maddələr bakteriya hüceyrələrinin qılaflarını dağıdır.

Doktor Lanyon bu məlumatı «The Telegraph» qəzetinə BBC-də təşkil olunmuş bir elmi eksperimentdən sonra verib.

BBC proqramı «Trust Me I'm A Doctor» (İnan mənə, mən həkiməm) adlanırdı.

Bu proqramda aparılmış təcrübə göstərib ki, mətbəx səthindəki mikroblar antibakteriya silgiləri ilə təmizləndirkdən 12 saat sonra yeni mikrob koloniyaları tərəfindən tamamilə zəbt edilir.

Bununla belə həkim bildirib ki, mətbəxdə çiy ət doğranıb bişirildikdən sonra təmizlik işi mütləq aparılmalıdır.

Bunun ən yaxşı vasitəsi isə mətbəxdəki mebellərin səthinin sabunlu su ilə silinməsidir.

Bununla belə, heç bir mətbəxi mikrobsuz saxlamaq mümkün deyildir, çünki bütün ev istər-istəməz onlarla doludur.

«Bəzi bakteriyalar hər 20 dəqiqədən bir bölünürlər və buna görə də bircə hüceyrədən milyonlarla mikrobun yaranması üçün çox da uzun vaxt lazım gəlmir. Mətbəxin yenidən bakteriyalar tərəfindən tam zəbt edilməsi üçün bəzən 6 saat yarım vaxt kifayət edir», - deyib Lanyon.

Alim bunu da bildirib ki, vasvasılıq edib evi başdan-ayağa bakteriayalardan təmizləməyin xeyri yoxdur, çünki bu, mümkün də deyil.

Əvəzində professor Lanyon bizə immun sistemimizi möhkəm saxlamağı məsləhət görür ki, bakteriya və viruslara sinə gərə bilək.

 

Mətbəxi yeməkdən əvvəl, yoxsa sonra təmizləməli?

 

Sonunda doktor məsləhət verir: «Təmizləmə işlərini yalnız yüksək risk saatlarında, məsələn yeməkdən sonra aparmaq lazımdır.

Amma bütün bazar gününüzü mətbəxi silməyə və yumağa həsr etməyin. Bu tamamilə mənasız işdir.

Çünki biz təmizlədiyimiz yerləri elə həmin andaca yeni mikrob və göbələklərlə doldururuq».

«Şəxsən mən antibakteriya vasitələri almağa vaxt sərf etmirəm. Təcrübə göstərir ki, müasir təmizləyici vasitələrdənsə, dədə-baba üsulu ilə sabundan istifadə etmək sərfəlidir».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *