
“10 günlük təcili ehtiyat”
Almaniyada müharibə hazırlıqları
Almaniyada müharibə hazırlıqları
“Yaşayış minimumu haqqında” Qanun qəbul edildi
Kənardan sifariş etməməli olduğunuz 4 qida
İnfarkta səbəb olan 4 vərdiş
Məşhur makaron markası rəflərdən geri çağırılır
Dondurulmuş kotletdə salmonella riski var
“Əsas nə qədər yemək deyil, nə yeməkdir”
Ölkəmizdə də məşhur markanın kifayət qədər bahalı məhsulu “zəif” qiymət aldı
Yağ, süd, yumurta, ət məhsullarında heksan zəhərli maddəsi tapılıb
Almaniyada yeməyi atmaq onu bağışlamaqdan daha asan və ucuzdur
1 ton uçun 94 dollar ucuzlaşan ərzaq məhsulu, pərakəndə satışda bahalaşıb
Toyuq və ya mal ətini geridə qoydu
Stomatologiyada inqilabı kəşf – plomb və dişsizlik keçmişdə qalacaq
Ağardıcı ilə dezinfeksiya edilib, istifadə tarixi dəyişdirilib
Əraziləri kiçik ölkələrin əhalisi böyük olanlardan daha çox istehlak edirmiş
Məşhur çipsi markasında qalmaqal – allergiya təhlükəsi
«Metro» qəzeti yazır ki, pendir ümumən sağlamlıq üçün o qədər də xeyirli qida sayılmır. Yəni ən azı artıq çəki yığmaq istəməyənlər ondan uzaq durmalıdırlar.
Amma pendirin xeyri onun ziyanından çoxdur. Məsələn, K12 vitamini ilə zəngin pendir dişlərimiz üçün xeyirlidir.
İndi isə alimlər bu nəticəyə gəliblər ki, günə 40 qram pendir yemək insanın müəyyən koronar xəstəliklərə tutulmasının qarşısını 14 faizədək ala bilər.
Çinin Suçou Universiteti Avropa və ABŞ-da 200 min insanın qidalanma və sağlamlıq məlumatlarını araşdıran 15-dək müxtəlif elmi-tədqiqat işini təhlil edib.
Alimlər bu qərara gəliblər ki, müntəzəm olaraq pendir yeyən şəxslrdə infarkt riski 10 faiz az olub.
Görəsən buna səbəb nədir? Tədqiqatçılar bildirirlər ki, pendirin tərkibində doymuş yağların yüksək konsentrasiyasına baxmayaraq, elə bu yağlardakı kalsium onların orqanizmə sorulmasının qarşısını alır və nəticədə «yaxşı» xolesterolun çəkisi artır.
Digər tərəfdən,pendirin tərkibindəki turşu arteriyaların kirəcləşməsini ləngidir.
Lakin bir sıra başqa ekspertlər bu qənaətdədirlər ki, bu araşdırmanın nəticələri o qədər də dəqiq olmaya bilər, çünki araşdırmaçılar konkret olaraq istehlakçıların qidalanmasını monitorinq etməyiblər.
Məsələn, nəzərə alınmayıb ki, daha çox bahalı ərzaq sayılan pendiri alıb yeyənlərin əksəriyyəti imkanlı adamlardır, onlarınsa orqanizmi başqa səbəblərlə, məsələn, həyat tərzi ilə bağlı pendirsiz də daha sağlam ola bilər.
«Həm də 40 qram pendir o qədər də çox deyil və əslində kibrit qutusu boydadır», - «Metro» yazır.