vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 iyun 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9745 AZN
Rusiya rublu 1 RUB = 0.0267 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2548 AZN
Türk lirəsi 1 TRY = 0.3585 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
DÜNYA  
17:25 | 25 noyabr 2017 | Şənbə Məqaləyə 579 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

750 milyon qız erkən nikaha girir

Hər 3 qadından 1-i fiziki və ya cinsi zorakılığa məruz qalır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bütün dünyada hər 3 qadından 1-i öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. 750 milyon qız erkən nikaha girir və 250 milyondan artıq qadına qarşı cinsi orqanların şikəst edilməsi aktı törədilir.

BMT-nin Bakı ofisindən «Trend»ə verilən məlumata görə, bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibi Antonio Quterreşin 25 noyabr qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq günlə bağlı müraciətində deyilir.

Müraciətdə bildirilir ki, hər qadın və qızın zorakılıqdan azad həyat sürmək hüququ var. Bu insan hüququnun pozulması hər icmada müxtəlif formalarda baş verir və xüsusən də, ən təcrid olunmuş və həssas təbəqəyə təsir göstərir. Bütün dünyada hər 3 qadından 1-i öz həyatı boyu fiziki və/və ya cinsi zorakılığa məruz qalır. 750 milyon qız erkən nikaha girir və 250 milyondan artıq qadına qarşı cinsi orqanların şikəst edilməsi aktı törədilir.

Qadın hüquqlarının müdafiəçilərinə qarşı təqiblər narahatlıq doğuran səviyyəyə çatıb. Qadın siyasətçilərə qarşı zorakılıq onların vətəndaş, siyasi, sosial, iqtisadi və mədəni hüquqları sahəsində irəliləyiş əldə etməsinə mane olur.

Bu gün geniş şəkildə etiraf edilir ki, təqib və zərərli davranışlar da daxil olmaqla, qadınlara qarşı zorakılıq halları insan hüquqlarının tam həyata keçirilməsinə olan əsas maneələrdir, eləcə də onların sülhün qorunub saxlanılmasında iştirakını əngəlləyir. Bunu aradan qaldırmadan, biz Dayanıqlı İnkişaf üçün 2030-cu ilə olan gündəliyinin icrasına heç zaman nail ola bilmərik.

Qadın və qızlara qarşı zorakılığa birdəfəlik son qoymaq üçün birgə səylərimizin artırmaq vaxtı yetişib. Ümumi məqsədə nail olmaq üçün hamımız ölkələrimiz, regionlarımız və icmalarımız daxilində birgə çalışmalıyıq.

Birləşmiş Millətlər Təşkilatı qadınlara qarşı zorakılıqla mübarizəni müxtəlif yollarla aparır. Bu sırada qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Qəyyumluq Fondunun yaradlmasını, səylərimizi milli hökumətlər və vətəndaş cəmiyyəti ilə birləşdirmək üçün Avropa İttifaqı ilə birgə irəli sürülmüş «Xüsusi Diqqət Təşəbbüsü»nün həyata keçirilməsini və BMT-nin Təhlükəsiz Şəhərlər və Təhlükəsiz İctimai Yerlər üzrə Qlobal Təşəbbüsünü qeyd edə bilərik.

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatı daxilində seksual təqibə sıfır dözümlülük siyasətim sentyabr ayında başlanmış Gender Pariteti Strategiyasının bir hissəsidir. Biz həmçinin «Qadınlara qarşı Zorakılığa son qoymaq üçün BİRLƏŞİN» kampaniyasının yeni «2030-cu ilə qədər BİRLƏŞİN» adı altında davam etdirmək öhdəliyini götürmüşük.

Bütün dünyada qadın və qızların təqibə məruz qalmadan, zərərli davranış və bütün növ zorakılıqdan azad yaşamaları üçün hamımızın birgə fəaliyyət göstərməsi vaxtı yetişib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *