vaxtlı-vaxtında oxuyun! Bazar, 19 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9343 AZN
Rusiya rublu 1 RUB = 0.0254 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1630 AZN
Türk lirəsi 1 TRY = 0.2909 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
OLAY  
15:20 | 12 fevral 2018 | Bazar ertəsi Məqaləyə 739 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dedim məndə pul var?...»

Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçmiş nazir-oliqarx Ziya Məmmədovun adamı, Göyçay, Mingəçevir və Qubanın icra hakimiyyətinin başçısı vəzifələrində işləmiş Mübariz Ağayevin Kənd Təsərrüfatı Nazirliyindəki iş otağında tabeçiliyindəki işçilərlə dava-dalaşı üzə çıxıb. Məlum olub ki, Mübariz Ağayevlə tabeçiliyindəki iki işçi arasında pul üstündə qarşıdurma baş verib. Keçmiş icra başçısı işçiləri otaqdan qovub və barələrində polisə şikayət edib.

Mübariz Ağayev Kənd Təsərrüfatı Nazirliyinin texniki siyasət şöbəsinin müdir müavini, şöbənin Lizinq sektorunun rəhbəridir.

Mübariz Ağayev Səbayel rayon Polis İdarəsinə yazdığı şikayətdə göstərir ki, (ölkə.az)  fevralın 7-də Bəxtiyar və Mədinə adlı işçilər onun otağına girərək «səs-küy salıb». Toplanmış materiallar araşdırılması üçün aidiyyəti üzrə Səbayel RPİ-nin 39-cu polis bölməsinə göndərilib.

Mübariz Ağayev  polisə şikayət etdiyini təsdiqləyib: «Otağıma hücum edən şəxslər ana və oğuldurlar, eyni zamanda bizim şöbənin əməkdaşlarıdır. Gəlib məndən pul tələb ediblər və bildiriblər ki, xəstəmiz var, kömək elə. Mən də onlara pul verməkdən imtina etdim. Dedim məndə pul var? Onlar da üstümə hücum çəkdilər. Mən də polisə şikayət etmək məcburiyyətində qaldım».

M.Ağayev 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015-2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Ziya Məmmədovun vəzifədən uzaqlaşdırılmasından az sonra Ağayev də icra başçısı postunu itirib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *