vaxtlı-vaxtında oxuyun! Bazar, 19 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9343 AZN
Rusiya rublu 1 RUB = 0.0254 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1630 AZN
Türk lirəsi 1 TRY = 0.2909 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
QƏZA, FACİƏ  
19:16 | 9 mart 2018 | Cümə Məqaləyə 856 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şirvanda yol çöküb

Binalar ciddi təhlükədə

MÖVZU İLƏ ƏLAQƏLİ

Şirvanda magistral kanalizasiya xətti tutulub və nəticədə avtomobil yolu çöküb. APA xəbər verir ki, Şirvan şəhərinin Xəqani küçəsində 200 metrdən çox məsafədə magistral kanalizasiya xəttinin tutulması nəticəsində yolun iki tərəfində yerləşən binalar üçün ciddi təhlükə yaranıb.

Binalararası avtomobil yolu bir neçə hissədə çöküb. Magistral xətlə gedən çirkab kanalizasiya suları asfaltın üstünə çıxaraq binaların zirzəmilərinə dolub. Su axını binaların özüllərinə də təhlükə yaradır.

Şirvan Su-kanal idarəsinin müdiri Hamlet Hüseynov bildirib ki, kanalizasiya xəttində yaranmış problem sovet dövründən qalma problemdir. Hazırda magistral kanalizasiya xəttində yaranmış qəzalı vəziyyətlə əlaqədar «Azərsu» ASC tərəfindən tədbirlər görülür. Xəqani küçəsinə «Azərsu» ASC-nin texnikası və işçi qüvvəsi cəlb edilib.

Yeni plastik kanalizasiya boruları gətirilib. Qəzanın aradan qaldırılması yaxın 15-20 gündə yekunlaşacağı bildirilir.

Baş vermiş qəza ilə əlaqədar «Azərsu» ASC-nin rəhbər şəxsləri hadisə yerinə gəliblər. «Azərsu» ASC-dən verilən məlumata görə, yaxın aylarda Şirvan şəhərinin kanalizasiya xətləri yenidən qurulacaq. Artıq bunun üçün  maliyyə vəsaiti ayrılıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *