vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
16:44 | 14 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2828 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

19 il həbs

Bakıda qatardan qaçan dustağa hökm oxundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Bakıya gətirilərkən qatardan qaçan iki dustaqdan biri olan Əli Ağamiyə hökm oxunub. CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinən Ə.Ağamiyə 19 il həbs cəzası verilib. Ona Sabunçu Rayon Məhkəməsində hökm oxunub. Amma hökmü Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası çıxarıblar. Onlar bu işə görə Bakıya gəlib, hökmü burada elan ediblər.

Ə.Ağami 2015-ci il noyabrın 5-də Şirvan şəhərində iki nəfərin öldürülməsində təqsirli bilinib. Şirvan sakinləri olan 32 yaşlı Elvin Nəciyev və 25 yaşlı Zaur Sarıbalayev şəhərin T.Ələkbərov küçəsində yerləşən kafedə güllələnib. Z.Sarıbalayev hadisə yerində keçinib, xəstəxanaya yerləşdirilmiş E.Nəciyev isə orada dünyasını dəyişib.

Bu cinayətə görə ümumilikdə beş nəfər həbs olunmuşdu ki, onlardan da ikisi qatardan qaçan dustaqlar Ə.Ağami və «Qoca» ləqəbli Etibar Məmmədov idi. Onların hər ikisinə prokuror 19 il iş istəmişdi.

Hökmə əsasən, ölüm işinə görə Ə.Ağami ilə birlikdə məhkəmə qarşısına çıxarılan digər təqsirləndirilən şəxslərə - Məhəmməd Heydərov, Tahir Məlikov və Əfsər İbrahimovun hər birinə 18 il həbs cəzası verilib. E.Məmmədov isə öldüyünə görə hökmdə onun üçün cəza müəyyən edilməyib.

Ə.Ağami və E.Məmmədov oktyabrın 22-dən 23-nə keçən gecə Lənkərandan Bakıya gətirilərkən səhərə yaxın qatardan qaçıb. Ə.Ağami oktyabrın 26-da Şirvanda həbs edilib. 37 yaşlı E.Məmmədov isə noyabrın 2-nə keçən gecə onun tutulması üçün keçirilən əməliyyat zamanı öldürülüb.

Ə.Ağami və E.Məmmədovun qaçmasına görə başlanmış cinayət işinin istintaqı isə davam etdirilir. Ə.Ağamiyə buna görə CM-nin 304-cü (azadlıqdan məhrumetmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə ittiham verilib. Bu cinayət işi üzrə məsuliyyətə cəlb olunanlar arasında Ə.Ağaminin özü ilə yanaşı, Penitensiar Xidmətin vəzifəli şəxsləri, müğənni Fədayə Laçın və daha bir neçə nəfər var.