vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ŞOU BİZNES  
14:16 | 31 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 372 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Fədayə sevgiyə görə özünü oda atdı»

Sənət yoldaşları nələr yazır?

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda iki məhbusun qaçmasına görə müğənni Fədayə Laçının həbs olunması ölkə mediasının gündəmində şok effekti yaratdı. APA TV-nin xəbərinə görə, məlum oldu ki, «Qoca» ləqəbi ilə tanınan kriminal avtoritet Etibar Məmmədov Fədayə Laçının tanışıdır.

Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunan müğənni barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Şou-biznes dünyası da bu hadisəyə səssiz yanaşmayıb. Sənət yoldaşları sosial şəbəkələr vasitəsilə Fədayə Laçının həbsinə münasibət bildiriblər.

Müğənni Lalə Məmmədova Fədayə Laçını saf sevginin qurbanı adlandırıb: «Ehhh… Təmiz qəlbli, saf Fədayəm mənim. Bir bilsən, necə pis olmuşam… Bu gün aldığım ikinci ağır xəbər bu oldu. Bəlkə də yazmazdım. Amma xəbərlərin altından yazılan şərhlər olmasaydı.

Əzizlərim, heç vaxt, heç kəsi qınamayın. Sabah başımız gələcək hansısa bəladan, səhv addımdan heç birimiz sığortalı deyilik. Tale elə gətirdi ki, Fədayə ilə illərdir eyni sənətdə olsaq da, yalnız son iki ildə dostlaşdıq. Əvvəllər onun tək ifasını bəyənirdimsə, sonradan uşaq kimi saflığına, dürüstlüyünə heyran idim. Son çıxan xəbərlərlə bağlı yalnız bunu deyəcəm: Fədayə saf sevginin qurbanı oldu. İnanıram ki, bu qorxulu yuxu tez bitəcək və sən yenidən aramıza qayıdacaqsan. Səni çox sevirəm».

Müğənni Rəqsanə İsmayılova da eyni fikirdədir: «Bəzən başımıza nə gələcəyini bilmirik.  Biz nədənsə yıxılana balta vururuq. Həyatda heç kim sığortalanmayıb. Biz də insanıq. Nə olsun ki, müğənniyik? Qanun hamımız üçündür. Amma çox pis oldum. Allah ailənə səbir versin. Fədayə ilə yaxın dost olmasam da, bir qadın, bir ana kimi üzüldüm. Allah yolunu açsın. İndi Lalə Məmmədovanın yazısını oxudum. Ağladım. Sevmək gözəldir. Hər bir insan sevə bilər. Axı sevgi heç bir sərhəd tanımır. Belə sevginin sonu belə acılı sonluqla bitir».

Müğənni Ayan Babakişiyeva Fədayə Laçınla Tacir Şahmalıoğlunun duetini paylaşaraq yazıb: «Mən uşaq idim bu mahnıları dinləyəndə. Tale bizi yaman yerdə sınadı. Bilmədən qınamayın. Yıxılanı baltalamayın!»

Prodüser Tolik (Tarix Əliyev) isə baş verən hadisəyə görə «Qoca» ləqəbli kriminal avtoriteti günahlandırıb: «Bu gün çox məyus oldum. Keçən həftə sənətindən və Tacirlə münasibətindən danışdım. Bu gün belə xəbər eşitdim. Heç kim həyatın ona yazdığından sığortalanmayıb. Amma nə demək olar? Bəlkə sevgi, bəlkə qorxu, bəlkə də çarəsizlik gətirib bu yerə çıxardı Fədayəni. Ən çox da bilirsiniz nəyə pis oldum? Sevgiyə görə özünü oda atanı elə o sevgili atıb qaçdı. O hələ ki azadlıqdadır».

Əməkdar artist Elza Seyidcahan da hadisədən təəssüfünü dilə gətirib: «İnsan olan kəs bu ifanın qarşısında ya məhv, ya da adam olar. Kimisə qınamaq olmaz. Ay Fədayə, kaş deyilən sözlər yalan olardı. Sən özün hər zaman hər şeyin yerini bilən, qabiliyyətli, mərd, səmimi və qanunlarımıza hörmət edən bir xanım olmusan. Bu nə işdir?»

Və nəhayət, Tacir Şahmalıoğlu da məsələyə münasibət bildirib: «Mənim haqqımda mənfi yazanlaradır sözüm. Mən Fədayə xanım haqqında mənfi rəy bildirməmişəm. Saytlar ağızlarına gələni yazıblar. Mən də bir eloğlu kimi Fədayə xanımın həbs olunmağına üzülənlərdən biriyəm. Allah düyününü açsın!»

Qeyd edək ki, Fədayə Laçın məhkəmədə ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib: «Mənim etibarımdan sui-istifadə ediblər. Onların qaçmaq niyyəti olduğunu bilməmişəm. Bunların heç birindən xəbərim olmayıb».

Məhkəmə istintaqı zamanı günahı sübuta yetiriləcəyi təqdirdə, Fədayə Laçını 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *