vaxtlı-vaxtında oxuyun! Şənbə, 22 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9852 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2716 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ENERGETİKA  
20:51 | 30 may 2018 | Çərşənbə Məqaləyə 947 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Moskva bilir ki, …”

Foreign Policy: “Rusiya Qərbə imkan verməyəcək ki, Azərbaycandan istifadə etsin”

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Şərqlə Qərb arasında enerji təchizatında, mal dövriyyəsində və rəqəmsal əlaqələrdə vacib rol oynayır. Bu barədə məşhur Amerika nəşri olan “Foreign Policy”də dərc olunmuş, müəlliflərinin Lük Koffi və Əfqan Nifti olduğu “Azərbaycan Qərbə nəyə görə lazımdır” məqaləsində deyilir.

“Asiya ilə Avropa arasında enerji ehtiyatlarının və malların yerdəyişməsi üçün yalnız üç yol mövcuddur – İran, Rusiya və Azərbaycan vasitəsilə. Qərblə Moskva və Tehran arasında əlaqələrin kəsildiyi müasir reallıqda yalnız bir həyat qabiliyyətli yol qalır – Xəzər dənizinin sahilindəki Azərbaycan vasitəsilə”, - məqalədə deyilir.

“Hazırda regionda Rusiyanı və İranı yan keçən və Azərbaycanda keçməklə üç vacib neft və qaz kəməri var – Bakı-Tiflis-Ceyhan – bu kəmər Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə gedir və oradan Aralıq dənizi ilə bütün dünyaya çatdırılır; Bakı-Supsa kəməri – bu kəmərlə neft Xəzərdən Qara dənizə və oradan da başqa ölkələrə çatdırılır; nəhayət, Cənub Qafqaz Kəməri – Azərbaycandan Türkiyəyə, oradan isə İtaliyaya və bütün Avropaya qaz nəql edəcək”, - məqalədə bildirilir.

Müəlliflərin fikrincə, bu qaz kəməri hazırda az qala 100% Rusiya təbii qazından asılı vəziyyətdə olan Şərqi Avropa ölkələri üçün zəruridir.

Məqalənin müəllifləri qeyd edirlər ki, Rusiya əlindən gələni edəcək ki, Qərb Azərbaycandan istifadə edə bilməsin və bunun üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsindən istifadə edəcək. Belə ki, müəlliflərin sözlərinə görə, Xəzərin ehtiyatlarını Avropaya daşıyan boru kəmərlərinin əksəriyyəti münaqişənin ön mövqelərinin yaxınlığında yerləşir.

“Moskva bilir ki, istənilən iri zor partlayışı bu boru kəmərlərinin fəaliyyəti üçün təhlükəlidir. Rusiyanın Ermənistana təsir gücünü nəzərə alsaq, yeni hərbi əməliyyatlara başlanması çox vaxt aparmayacaq”, - məqalədə deyilir.

Müəlliflər əlavə edirlər ki, Ermənistanın yeni baş naziri Paşinyan vəziyyəti dəyişməyib və İrəvanın Moskvadan asılılığı azalmayıb.

“Moskva ilə İrəvanın əlaqələrinin gücünü nəzərə alaraq, ABŞ və Avropa Bakı ilə münasibətlərə önəm verməlidirlər. Qərb Ermənistanla da isti münasibətlər yaratmalıdır, amma ABŞ özünün strateji istiqamətlərinin müəyyənləşdirərkən diqqətli və realist olmalıdır”, - müəlliflər qeyd edir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *