vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9254 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1593 AZN
Türk lirəsi 1 TRY = 0.2621 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
KİNO-TEATR  
10:44 | 6 iyun 2018 | Çərşənbə Məqaləyə 795 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Xatirələr” Cocuq Mərcanlıda

Tələbə dram dərnəyi işğaldan azad olunan kənddə tamaşa nümayiş etdirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bilik Fondunun əməkdaşları və Azərbaycan Dövlət Pedaqoji Kollecində fəaliyyət göstərən “Mizan” tələbə dram dərnəyinin üzvləri Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kənd sakinlərinin qonağı olublar.

Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində kənddə görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin 110 illik yubileyi münasibətilə tədbir keçirilib.

Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva Bilik Fondunun əməkdaşlarının Cocuq Mərcanlıya artıq bir neçə dəfə səfər etdiyini razılıqla qeyd edib. 

Kollecin direktor müavini Nigar Şirəliyeva bildirib ki, bu gün Mir Cəlal Paşayevin təkcə elmi və ədəbi irsi tədqiq edilmir, həm də pedaqoji fəaliyyəti əsl örnək kimi öyrənilir. 

Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı tələbələrin Mir Cəlal yaradıcılığına müraciət etməsini yüksək dəyərləndirib.

Tədbirdə dərnəyin bədii rəhbəri, Xalq artisti Məmməd Səfanın quruluşunda Mir Cəlal Paşayevin hekayələri əsasında hazırlanmış “Xatirələr” tamaşası nümayiş olunub. 

Sonra şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində görüş keçirilib. Direktor Zamin Həziyev Bilik Fondu tərəfindən məktəbə kitabların hədiyyə olunduğunu minnətdarlıqla vurğulayıb. Bu dəfə də təhsil ocağının kitabxanası Bilik Fondunun təqdim etdiyi nəşrlərlə – Xalq Cümhuriyyəti tarixinə dair kitablar və Mir Cəlal Paşayevin əsərləri ilə zənginləşib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *