vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9254 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1593 AZN
Türk lirəsi 1 TRY = 0.2621 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
OLAY  
13:13 | 11 iyul 2018 | Çərşənbə Məqaləyə 693 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şəhid polislərlə vida mərasimi

Gəncəlilər dünən gecə baş verən təxribatın qarşısını alarkən həlak olan polkovnikləri son mənzilə yola salır

MÖVZU İLƏ ƏLAQƏLİ

Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları ilə vida mərasimi başlayıb. APA- verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edir.

Şəhid polislər Gəncədəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, ötən gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *