vaxtlı-vaxtında oxuyun! Bazar, 23 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0024 AZN
Rusiya rublu 1 RUB = 0.0256 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2562 AZN
Türk lirəsi 1 TRY = 0.2727 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
18:17 | 11 iyul 2018 | Çərşənbə Məqaləyə 662 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Niyə Gəncə?

Baş verənlər Cənubi Qafqaza, Azərbaycana qarşı olan böyük planın bir bəndidir

Xaqani SƏFƏROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

13 il bundan əvvəl, 2005-ci ilin əvvəllərində “Ayna- Zerkalo” qəzetində “İnqilab Azərbaycanda təxirə salınır” adlı yazı yazmışdım. Bütün MDB məkanı “rəngli inqilabların” məstedici ətri ilə nəfəs alırdı.

O zaman əlimə Amerika Kəşfiyyat Şurasının yaxın 20 il üçün hazırladığı proqnozları keçmişdi...

Hesabatı oxuyub şoka düşmüşdüm. İnanmamışdım. Bu proqnozlarda qarşıdakı illərdə Yaxın Şərqdə və MDB-də gözlənilən hadisələrdən danışılırdı. Yaxın Şərqin o vaxt sabit görünən dövlətlərində inqilabın başlanğıcını, o ölkələrin rəhbərlərinin iqtidardan gedəcəyi yazılırdı. Oxuyub istehza ilə “yankilər də dozanı lap şişirdirlər” deyə gülümsəmişdim.

Sonrakı illərdə proqnozlaşdırılanların hamısı baş verdi: 2010-cu ildən başlanan ““Facebook” inqilabı”, İŞİD və s. oradakı digər proqnozlar...

O hesabatda MDB ölkələri də yer alırdı. “Demokratikləşmə dalğasının” 2015-2020-ci illərdə MDB ölkələrinə gəlib çatacağı qeyd olunur və regionda ciddi təlatümlər vəd edilirdi.

Niyə Gəncə?

Gəncədə baş verənlər çox pis bir tendensiyadır. Başımı deşən suallar isə lap çoxdur. Necə oldu ki, sosial motivli narazılıq ovqatı dini radikalizm sloqanları ilə əvəz olundu? Azərbaycan dövləti sekulyar cəmiyyətə malikdir. Burada heç vaxt ictimai-siyasi proseslərdə dini şüarlar avanqard olmayıb. Heç vaxt ölkədə dini zəmində olan siyasi birliklər ciddi etimad qazanmayıb.

Azərbaycanda heç vaxt dini dözümsüzlük faktorları özünü göstərməyib. İstənilən iqtidar islam dininin bütün ehkam və ənənələrinə xüsusi münasibət göstərib.

Bəs nədən Gəncə?

“Pis və zalım başçı” harayı dövlət üçün ciddi indikator olmalıdır. Ölkədə sosial ədalət axtaran qrupların bütün problemləri yenidən ciddi şəkildə öyrənilməlidir. İdarəçilikdə yeni trendlər tətbiq olunmalıdır, vətəndaşların səsi eşidilməlidir. Prezident siyasi prioritetini “insan faktoru” üzərində qurduğunu bəyan edib. Məmur oliqarxiyası, korrupsiya, rüşvət, ən sadə məsələlərdə məmur özbaşınalığı ortadan qalxmalıdır. Cəmiyyətlə münasibətlərdə tarazlıq yaradan trendlər tətbiq olunmalıdır.

Adətən dini həqiqətlərə üz tutan qruplar sosial ədalətsizlikdən bezar olan qruplar olur. Belə problemləri önləmək üçün “yol xəritəsi” işlənməlidir.

Nədən Gəncə?

Müstəqil Azərbaycan özünün tamam yeni dövrünə adlayır. 90-ların taraz dünyası, beynəlxalq güclərin “centlmen sazişləri” göz önündə tarixin arxivinə gedir. Qlobal transmilli şirkətlərin diktə etdiyi Yeni Orta Əsrlər dünyanı haqlamaqdadır. Ağıllı insanlar bu “sövdələşmə siyasətini”n bütün dəhşətini hiss edir, və bəşəriyyəti buna qarşı durmağa çağırır. Buna sinə gərəcək ən vacib amil möhkəm dövlət, ədalətli idarəçilik və firavan vətəndaşdır.

Gəncədə baş verənlər Cənubi Qafqaza, Azərbaycana qarşı olan böyük planın bir bəndidir. Bu plana ancaq həmrəylik, yeni idarəçilik trendi və güclü iradə ilə müqavimət göstərə bilərik.

Şans öz əlimizdədir!


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *