vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
23:28 | 6 sentyabr 2018 | Cümə axşamı Məqaləyə 1379 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan ordusunda özbaşınalıq…

.. cəmiyyətdə isə narazılıq artır

MÖVZU İLƏ ƏLAQƏLİ

Son bir ayda Ermənistan ordusunda 187 hərbçiyə qarşı hüquq pozuntusu qeydə alınıb. Bu barədə işğalçı ölkənin təhlükəsizlik xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, “N” saylı hərbi hissənin komandiri, onun müavini, əşya xidməti rəisi və əşya xidmətinin anbar rəisi quldurluq, qəddarlıq və xidmətə qarşı səhlənkarlıq nümayiş etdirməklə gənc əsgərlərə ciddi ziyan vurublar. Bundan başqa, ittihama əsasən, həmin hərbi hissənin arxa cəbhə və kommunal istismar üzrə müavini tərəfindən alayın şəxsi heyəti keyfiyyətsiz əşyalarla təmin edilib. Bu faktla bağlı da Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq ittiham irəli sürülüb.

Ermənistan ordusunda daha bir qalmaqal isə keyfiyyətsiz geyimlərlə bağlıdır. Bu ölkənin Müdafiə Nazirliyinin hərbi polisi və hərbçilərin sosial müdafiəsi idarəsi ən böyük hərbi hissələrdən birində əsgərlər üçün nəzərdə tutulan 10 min keyfiyyətsiz paltar aşkarlayıb. Faktla bağlı cinayət işi açılıb. Ermənistan mətbuatı bunun ilk hal olmadığını qeyd edir.

İşğalçı ölkədə əsgərlər arasında ölüm faktlarının da sayı artıb. Təkcə avqustda hərbi hissələrdə 11 belə hadisə olub. Sonuncu insident zamanı “N” saylı hərbi hissədə baş leytenant Karen Ovanisyan intihar edib. Partlayış, qəza və döyülmə nəticəsində isə 17 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, korrupsiya ilə əlaqədar iki, fərariliklə əlaqədar üç, oğurluq halları ilə bağlı 13 fakt aşkarlanıb. Bütün bu hallar cəmiyyətdə narazılıqları artırır.

Hərbi hissələrdə baş verən ölüm faktları düzgün araşdırılmır. Səkkiz il əvvəl qətlə yetirilən əsgər Artur Qazaryanın ölüm işi yenidən araşdırılacaq. Hərbçinin anası İrina Qazaryan bildirir ki, Nikol Paşinyan ilə görüşdə oğlunun ölüm faktının yenidən araşdırılacağına verilən vəd icra olunmaqdadır. Ancaq o, istintaq sistemi eynilə qaldığına görə cinayət işinin tam araşdırılacağına və günahkarların aşkarlanacağına hər hansı ümid bəsləmədiyini qeyd edib. O, müstəntiqlərlə görüşərkən işin araşdırılması ilə məşğul olanların vaxtilə cinayət işinin gizlədilməsi üçün çalışan eyni şəxslərdən ibarət olduğunu deyib. Buna görə də işin ədalətli araşdırılması məqsədilə vəsatət verəcəyini bildirib.