vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 15 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AKTUAL  
11:31 | 29 mart 2019 | Cümə Məqaləyə 1189 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mədəniyyət naziri Parisdə UNESCO-nun baş direktoru ilə görüşüb

Ölkəmizlə təşkilat arasında əlaqələr müzakirə olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri zamanı UNESCO-nun baş direktoru Odri Azule ilə görüşüb.

Görüşdə Azərbaycanla UNESCO arasında əlaqələrin hazırkı vəziyyəti, mayın 2-3-də UNESCO-nun əsas tərəfdaşlığı ilə Bakıda keçiriləcək 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu, 30 iyun – 10 iyul tarixlərində paytaxtımızda təşkil olunacaq UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq və digər birgə layihə və proqramlarla bağlı fikir mübadiləsi aparılıb.

Əbülfəs Qarayev ölkəmizin UNESCO ilə əməkdaşlığı inkişaf etdirməyə, dünyada təşkilatın ideallarının yayılmasına daima sadiq olduğunu vurğulayıb və təşkilat ilə çoxsaylı birgə layihələrin bundan sonra da davam edəcəyini bildirib.

Təşkilatın baş direktoru Azərbaycan ilə əməkdaşlığın səviyyəsindən razılığını qeyd edərək ölkəmizdə keçiriləcək mühüm beynəlxalq tədbirlərin bilavasitə UNESCO ilə bağlı olduğunu və təşkilatın bu prosesdə fəal rol oynayacağını diqqətə çatdırıb.


Nazir UNESCO-nun Dünya irsi və Qeyri-maddi mədəni irs siyahılarına daxil edilmiş Azərbaycanın mədəniyyət və irs nümunələri barədə xanım O.Azuleyə məlumat verib, həmçinin Dünya İrs Komitəsinin sədri kimi ölkəmizin dünyada münaqişə ərazilərində və təbii fəlakətlər vəziyyətində mədəni irsin qorunması məsələsinin aktuallığını diqqətdə saxlayacağını qeyd edib.

Odri Azule qeyd edilən məsələlərin UNESCO üçün də ciddi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, cari ilin noyabr ayında təşkilatın qərargahında keçiriləcək mədəniyyət nazirlərinin konfransı və aprelin 25-26-da Cenevrədə reallaşacaq hərbi münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasına dair konvensiya ilə bağlı tədbir çərçivəsində reallaşacaq nazirlər paneli barədə məlumat verərək, Əbülfəs Qarayevi həmin tədbirlərə dəvət edib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *