vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
12:43 | 6 aprel 2020 | Bazar ertəsi Məqaləyə 1137 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Onlar savaşa gedir”

Koronavirus həm də 3-cü Dünya Müharibəsini başladıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Koronavirusla mübarizə məqsədi ilə dünyanın əksər ölkələri ordu qüvvələrini də prosesə cəlb edib. Bəzi ekspertlər bunu koronavirusa görə 3-cü Dünya Müharibəsinin başlanması hesab edirlər.

Ordular 1945-ci ildən bəri ilk dəfə kütləvi şəkildə səfərbər olur, humanitar aksiyalara və küçə patruluna cəlb olunurlar.

Koronavirusun səngiyəcəyindən sonra dünyadakı iqtisadi və siyasi dəyişikliklərin, hərbi sahəyə də təsir göstərəcəyi, orduların təyinatı, güclü və zəif tərəfləri ilə bağlı yeni yanaşmanın ortaya qoyulacağı gözlənilir.

Ordunu virusla mübarizəyə cəlb edən ilk ölkə “COVİD-19”-un vətəni sayılan Çin olub.

Hubey vilayətinin Uxan şəhərində baş qaldıran pandemiyaya qarşı hələ yanvarın 24-də Çin Mərkəzi Hərbi Şurasının qərarı ilə ordu qüvvələri cəlb olunmuşdu.

Uxan şəhərinə Çin ordusunun 300-dən artıq hərbi həkimi və tibbi qoşun hissələri cəlb olunmuşdu.

Virusla bağlı vəziyyətin kəskin pisləşdiyi İspaniyada da ordu hissələri situasiyanın sabitləşməsində aktiv iştirak edir. Baş nazir Pedro Sançes martın 23-dən ordu hissələrinin səhiyyə obyektlərinin maddi-texniki təminatının və dəfn mərasimlərinin təşkilində rolunun gücləndirilməsin barədə sərəncam verib.

ABŞ prezidenti Donald Tramp xalqa müraciətində virusun ölkədəki mərkəzi sayılan Nyu-Yorka 1000-dən artıq hərbi həkim göndərdiyini söyləmişdi. O bu şəhərdə xüsusi dəfn komandalarının da ezam olunduğunu əlavə edib.

“Onlar müharibəyə gedirlər. Heç zaman hazırlaşmadıqları döyüşə girəcəklər”, - deyə Tramp söyləyib.

Bundan əvvəl, ABŞ Milli Qvardiyası Kaliforniya, Nyu-York və Vaşinqton ştatlarında virusla mübarizəyə cəlb olunmuşdu. Paralel olaraq, Hərbi Dəniz Qüvvələrinin “USNS Comfort” tipli hospitalı bu mübarizəyə cəlb edilib.

Hazırda ABŞ ordusunun 1200-dən artıq hərbçisi koronavirusa yoluxub. Onlardan Milli Qvardiyanın Nyu-Cersidən olan döyüşçüsü martın 31-də vəfat etdi. Bu ABŞ ordusunun verdiyi ilk itki sayılır.

NATO-nun Litvadakı beynəlxalq batalyonunun 20 döyüşçüsündə, o cümlədən 2 hollandiyalı zabitdə də “COVİD-19” tapılıb. Brüsseldəki NATO binasında isə mərkəzi aparatın 33 əməkdaşı virusa yoluxub.

Koronavirusdan ən çox insan itkisi ilə üzləşən İtaliyada isə ordu bütün sahələrdə tətbiq olunur. Lombardiya vilayətinin qubernatoru Atillio Fontanın göstərişi ilə martın 20-dən əsgərlər Milan küçələrində patrul çəkərək kanatin rejiminin qorunmasına cəlb ediliblər. Onlar küçələrə patrul etməsi ilə yanaşı, qəbirlərin daşınması və dəfnində də iştirak edirlər. İtaliya ordusunun 9 generalı, o cümlədən Baş Qərargah rəisi koronavirusdan əziyyət çəkir. Donanmada 10 şəxsi heyət üzvü də xəstəliyə yoluxub.

Böyük Britaniyanın Kiprdəki hərbi bazasında 3 zabitdə koronavirus tapılıb. Yunanıstanda isə hərbçi xəstəlikdən keçinib.

Misirdə isə martın 21-də ordunun general-mayoru COVİD-19-dan keçinib. İsrail 23 əsgərinin, Ermənistan isə 6 əsgərinin xəstəliyin təsdiq edib. Çin, Rusiya kimi ölkələr isə orduda koronavirusa yoluxma hallarını gizli saxlayır.

Virusa yoluxanların sayı 6,3 min nəfəri keçən Rusiyada koronavirusla mübarizəyə ordu hissələrinin də cəlb olunması düşünülür. Bu məqsədlə martın 25-dən başlayaraq xüsusi poliqonlarda ordusunun tibb hissələrinin hazırlığı, ləvazimatlara ehtiyacı və onların aviasiya qüvvələrinin köməkliyi ilə təyyarənin yaşayış məntəqələrinə operativ çatıdırılıması sınaqdan keçirilir.

Prezident Vladimir Putinin göstərişi ilə aparılan təlimlər zərurət yaranarsa, ordu hissələrinin mülki əhaliyə yardım etməsini də nəzərdə tutur.

Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer isə martın 19-da çıxış edərək bundesverin (ordu) virusla mübarizəyə hazır olmasını anons etmişdi.

“Mülki xidmətlərin potensialı tükənəndə ordu virusla mübarizəyə qoşulacaq. Sanitar xidmət hospitallarda izolyasiya edilmiş palataların sayını 1200-ə çatdırıb. Ordudakı 3 min hərbi həkim də hər an virusla mübarizəyə qoşulmağa hazırdır”.

Virusla mübarizə aparan Pakistanda isə silahlı qüvvələrə mülki administrasiyaya yardım etmək barədə göstəriş daxil olub.

“Konstitusiyanın 245-ci maddəsinə əsasən, mülki administrasiyaya dəstək üçün Pakistan ordusu bütün ölkə boyu hazır vəziyyətə gətirilməlidir”.