vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
16:07 | 13 fevral 2022 | Bazar Məqaləyə 1017 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bayraktar”lara olan güvən böyükdür

“TB-2” zərbə dronları mümkün münaqişədə hansı rolu ola bilər?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna sərhədinə Rusiya hərbçiləri və zirehli texnikanın yerləşdirilməsiylə başlayan böhranda Moskvanın güc nümayişi Belarusda keçirilən təlimlərlə davam edir.

Fevralın 20-dək davam edəcək təlimdə Rusiyanın ən müasir silahlarından istifadə edilir.

Moskva Ukraynanın şərqində, cənubunda və şimalında 100 mindən artıq hərbçi yerləşdirib.

Peykdən çəkilmiş fotoşəkillərdə də Rusiya qüvvələrinin sərhəddəki mövqeləri və qərargahları aydın görünür.

Ukraynanın şərqindəki Rusiya tərəfindən dəstəklənən separatçılar Moskvanın bölgədəki addımlarından razıdırlar, lakin onlar deyir ki, mümkün qarşıdurmada Türkiyənin Ukraynaya satdığı Bayraktar “TB-2” pilotsuz uçuş aparatları (PUA) onlar üçün təhlükəli ola bilər.

“Bizə yüksək texnologiya lazımdır, çünki Bayraktar “TB-2” çox təhlükəlidir”, - deyə tanınmamış Donetsk Xalq Respublikasının lideri Denis Puşilin “Reuters” xəbər agentliyinə bildirib.

Türkiyə dronlarının indiyə qədər Ukrayna böhranında tətbiq edilib-edilmədiyi tam aydın deyil. Lakin ötən ilin oktyabrında Ukrayna ordusunun paylaşdığı videoda Türkiyə dronunun separatçılara məxsus “D-30” topunu məhv etdiyini görmək olar.

Bundan sonra Rusiya bildirib ki, Türkiyə dronları “bölgədə sabitliyi pozmaq” riskini yaradır.

Əslində, Türkiyənin Ukraynaya satdığı PUA-lar, sadəcə, birtərəfli ticarət deyil, daha əhatəli müdafiə əlaqələrinin tərkib hissəsidir. Çünki PUA-ların istehsalında Ukraynanın da payı var.

“Ukrayna son illər ərzində Türkiyənin ən mühüm müdafiə tərəfdaşlarından birinə çevrilib” - Müdafiə və Təhlükəsizlik təhlilçisi Arda Mövlutoğlu deyir.

“Buna, həmçinin Türkiyənin Qərb ölkələrindən texnologiya məhsulları ala bilməməsinin də təsiri var. Ukrayna Türkiyə üçün çox mühüm mühərrik təchizatçısına çevrilib.

Baykar şirkətinin “Akıncı” müdafiə maşınlarında Ukrayna istehsalı olan mühərriklərə üstünlük verilib. Prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri zamanı imzalanan müqavilələrdən birinin də məhz PUA istehsalının yaradılması ilə bağlı olduğu açıqlanır.

Türkiyə müdafiə sənayesi şirkətləri də fəaliyyətlərini xeyli artırıblar. Buna görə müdafiə sənayesində qarşılıqlı ticarətin həcmi də xeyli artıb”.

Ukrayna böhranının münaqişəyə çevrilib-çevrilməyəcəyi məlum deyil, amma belə bir ssenari baş verərsə, Türkiyə istehsalı olan PUA-ların Ukraynanın xeyrinə həlledici rol oynayıb-oynamayacağı maraq doğurur. Bayraktar TB-2-nin “həm kəşfiyyat, həm də hücum vasitəsi” olduğuna diqqət çəkən Mövlutoğlu deyir.

“Bu qabiliyyət onu, xüsusilə də açıq ərazilərdə kiçik qruplar şəklində hərəkət edən silahlılara, hərbi qruplara qarşı effektiv edir. Ona görə də Donbasdakı münaqişə Ukrayna ordusunun separatçılara qarşı hərəkətləri ilə məhdudlaşarsa, Bayraktarların daha təsirli ola biləcəyini demək olar. Ancaq geniş müharibə və ya müdaxilə baş verərsə, Rusiyanın həm say, həm də keyfiyyət baxımından Ukrayna üzərindəki üstünlüyünə görə “Bayraktar”ların güc nisbətini pozacağını və ya əhəmiyyətli fərq yaradacağını gözləmək real görünmür”.

Ukraynanın Türkiyə dronlarından istifadə etdiyi təqdirdə Rusiyanın necə bir reaksiya verəcəyini öncədən demək çətindir.

Jurnalist Sərkan Dəmirdaşın fikrincə, belə bir ssenari 2015-ci ildə Türkiyənin Suriya sərhədində Rusiya təyyarəsini vurmasından sonra yaranan bir vəziyyəti təkrarlaya bilər.

Rusiyanın Türkiyəyə qarşı “ciddi sanksiyalarını” xatırladan Dəmirdaş deyir ki, o vaxtlar “turizmdən tutmuş iqtisadiyyata qədər” vizaların yenidən tətbiqi kimi bir çox sahəni əhatə edən addımlar atıldı.

Türkiyəli jurnalist indi də bənzər vəziyyətin yarana biləcəyini ehtimal edir.