vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SƏHİYYƏ, ORDU  
13:14 | 4 mart 2014 | Çərşənbə axşamı Məqaləyə 2606 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu qədər xəstəxanalara ehtiyac yoxdur»

«Xəstə uşaqların müalicəsi üçün fond yaradılmalıdır»

NEMƏT

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin növbəti sessiyası öz işinə başlayıb. Teleqraf.com-un xəbərinə görə, spiker Oqtay Əsədov deputatları gündəliyə münasibət bildirməyə səsləyib. Daha sonra spiker əlavə müzakirələrə ehtiyac olub-olmadığını soruşub və deyib ki, qəzet səhifələrində gedən məsələləri Milli Məclisdə müzakirə obyektinə çevirməsinlər.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, Azərbaycanda gənclər, uşaqlar müəyyən xəstəliklərə yoluxurlar və bunun da müalicəsi çətindir: «Biz bilirik ki, Heydər Əliyev Fondu bu istiqamətdə işləyir, belə xəstə insanları xaricdə və ölkə daxilində müalicə etdirir. Elə prezident də bu cür addımlar atır, tanınmış ictimai-siyasi, elm xadimlərinin müalicəsinə dəstək olur».

Q.Həsənquliyev deyib ki, bu yaxınlarda bir qrup gənc Nərmin Hüseynov adlı gənclə bağlı ona müraciət edib: «Bu xanımın müalicəsi üçün 150 min manat lazımdır. Onun bir hissəsi toplanılıb. Təklif edirəm ki, bir fond yaradılsın və imkansız uşaqlar bundan yararlansın.

Mən ötən gün eşitdim ki, Nazirlər Kabineti icbari tibbi sığortanın tətbiqinə başlamağa hazırlaşır. Hesab edirəm ki, bu, mühüm hadisədir. Amma düşünürəm ki, səhiyyə sistemində ciddi islahatlar getməlidir. Bu qədər xəstəxanaların saxlanmasına da ehtiyac yoxdur. Çünki bu islahatlar gedərsə, səhiyyə sistemində olan bəzi neqativ proseslər də aradan qalxar».