vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
RƏY, REPLİKA  
17:51 | 1 may 2018 | Çərşənbə axşamı Məqaləyə 6847 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İrəvan təxribat törədəcək”

Millət vəkilindən orduya çağırış

MÖVZU İLƏ ƏLAQƏLİ

“Hesab edirəm ki, Ermənistandakı siyasi qüvvələr daxili məsələlərlə bağlı atəşkəsi poza bilər. Ona görə də Milli Məclisin xüsusi iclasını çağırmalıyıq”. Bunu parlamentin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Qarabağla bağlı xüsusi iclasın çağırılmasını zəruri sayan millət vəkili qeyd edib ki, təxribatçılar cəbhədə atəşkəsi iri miqyasda poza bilər: “Biz qərar qəbul edib, torpaqlarımızın azad olunması üçün imkanlardan vaxtında istifadə etməliyik. Çünki gözlənilən odur ki, Ermənistanda tezliklə vətəndaş müharibəsi baş verəcək. Biz vəziyyəti diqqətlə izləməliyik”.

Millət vəkili bildirib ki, hazırkı durumda Azərbaycan Ordusu torpaqları azad etməyə hər an hazır olmalıdır: “Biz artıq Rusiya ilə danışıqlar aparmalıyıq. Ordumuz səfərbər olmalıdır ki, atəskəs pozulduğu halda torpaqları azad edək”.

Spiker Oqtay Əsədov isə millət vəkilinin təklifinə belə münasibət bildirib: “Hər birinizi əmin edirəm ki, Azərbaycan Prezidenti, Ordusu istənilən təxribata hazır vəziyyətdədir”.