vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
12:44 | 30 mart 2022 | Çərşənbə Məqaləyə 515 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsraildə fələstinli 5 nəfəri güllələyib

Hadisə Tel Əvivin yaxınlığındakı Bney Brak qəsəbəsində baş verib

MÖVZU İLƏ ƏLAQƏLİ

İsraildə Tel Əviv şəhərinin ətrafında silahlı ərəb 5 nəfəri güllələyib. “Reuters” yazır ki, bu, İsraildə bir həftə ərzində törədilmiş üçüncü belə hadisədir. İsrailin baş naziri Naftali Bennet deyib ki, onun ölkəsi “qatil ərəb terroru dalğası” ilə üzləşib. Hadisə Tel Əvivin yaxınlığında əsasən mömin yəhudilərin yaşadığı Bney Brak qəsəbəsində baş verib.

Beləliklə ötən bir həftə ərzində İsraildə silahlı hücum qurbanlarının sayı 11 nəfərə çatıb. Fələstin prezidenti Mahmud Abbas İsrail vətəndaşları üzərinə hücumu qətiyyətlə pisləyib. O deyib ki, bu cür hadisələr vəziyyəti yalnız mürəkkəbləşdirir.

Abbas habelə xəbərdarlıq edib ki, indi ətrafdakı yəhudi məskunlarından qisas hücumları ola bilər.

***

Fələstinlilər son vaxtlar Qərb sahilində və Şərqi Yerusəlimdə məskunlaşmış yəhudilər tərəfindən zorakılıqların artmasından şikayətlənirlər.

İsrail televiziyasında göstərilən reportajda qara geyimli bir nəfərin əlində avtomat küçə ilə hərəkət etdiyi görünür. Medianın verdiyi xəbərlərdə hücum edənin Qərb sahilindəki Cenin kəndi yaxınlığında yaşayan bir fələstinli olduğu bildirilir.

Polis bildirir ki, sözü gedən şəxs 4 mülkini və bir polis nəfərini güllələdikdən sonra özü də polislə atışmada öldürülüb. İsrail rəsmiləri xəbərdarlıq ediblər ki, qarşıdan gələn Ramazan ayında zorakılıqlar daha da arta bilər.

Ötən il Ramazan ayı zamanı fələstinlilərlə İsrail polisi və yəhudi məskunlar arasında zorakı toqquşmalar baş vermişdi. O vaxt İsrail polisinin Əl-Əqsa məscidinə və Dəməşq Qapısındakı toplantı zamanı reyd keçirməsi İsrail və Qəza silahlıları arasında 11 günlük münaqişəyə səbəb olmuşdu.

Bu münaqişədə fələstinlilər raket atır, İsrail isə hava zərbələri endirirdi.