vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
18:38 | 15 aprel 2022 | Cümə Məqaləyə 837 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qüdsün Məbəd dağında toqquşmalar

Qarşıdurma hər üç dinin müqəddəs bayramları ərəfəsindəki həssas zamana təsadüf edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 15-i səhər saatlarında minlərlə insan Qüdsdə Əl-Əqsa məscid kompleksində Ramazan ayında namaz qılmaq üçün toplaşdıqları zaman, fələstinlilərlə İsrail polisi arasında toqquşma baş verib. Nəticədə 152 fələstinlinin yaralandığı bildirilir.

Həm yəhudilər həm də müsəlmanlar üçün müqəddəs sayılan bu məkan tez-tez israililərlə fələstinlilər arasında iğtişaşlarının episentrinə çevrilir və son zorakılıq dalğası səbəbilə gərginlik onsuz da yüksək idi. Ötən il orada baş verən toqquşma Qəzzə zolağında Həmas militantları ilə 11 günlük müharibəyə səbəb olmuşdu.

Toqquşma xüsusilə həssas bir zamana təsadüf edib. Belə ki, bu il Ramazan ayı yəhudilərin bir həftə davam edən böyük Pəsah bayramı, və xristianların Pasxa bayramı ilə eyni vaxta təsadüf edir. Bayramlar səbəbilə hər üç din üçün müqəddəs hesab edilən Qüdsün Köhnə Şəhərinə on minlərlə dindarın axın edəcəyi gözlənilir.

Toqquşma başlayandan saatlar sonra polis zorakılığa son qoyduğunu və “yüzlərlə” şübhəlinin saxlanıldığını bildirib. Onlar deyib ki, məscid yenidən açılıb və cümə günü namazı vaxtında davam edəcək. Namaz üçün oraya on minlərlə insanın gələcəyi gözlənilirdi.

İsrail rəsmiləri daha əvvəl sakitliyi təmin etmək və namaz qılınmasına icazə vermək üçün müsəlman liderlərlə danışıqlar apardıqlarını, lakin fələstinli gənclərin polisə daş ataraq zorakılığa səbəb olduğunu bildirib.

Təhlükəsizlik səbəbilə adının açıqlanmasını istəməyən fələstinli şahidlər, kiçik bir qrup fələstinlinin polisə daş atdığını, polisin daha sonra güclə iqamətgahın içərisinə girərək daha geniş bir qarşıdurmaya səbəb olduğunu bildirib.

İnternetdə yayılan videolarda fələstinlilərin daş və fişəng atdığı, polisin isə məscidi əhatə edən geniş ərazidə gözyaşardıcı qaz və səs qumbaraatanlarla atəş açdığı görünür.

Fələstin Qızıl Aypara Cəmiyyətinin fövqəladə hallar xidməti 152 nəfərin müalicə olunduğunu, çoxunun güllələr və ya səs qumbaralarından yaralandığını və dəyənəklərlə döyüldüyünü bildirib.

İsrail polisi isə 3 zabitin kütləvi daş atılması nəticəsində yaralandığını, ikisinin isə hadisə yerindən təxliyə edildiyini xəbər verib.

İsrail Xarici İşlər Nazirliyi bildirib ki, Fələstin və Həmas bayraqları daşıyan onlarla maskalı şəxs cümə günü səhər saatlarından əvvəl kompleksə yürüş edərək iğtişaşlar ərəfəsində daş və digər əşyaları əraziyə toplayıb.

“Polis daha çox zorakılığın qarşısını almaq üçün izdihamı dağıtmaq və daşları götürmək üçün əraziyə girməyə məcbur olub” deyə nazirlik yazdığı tvitində bildirib.

Fələstinlilər Əl-Əqsada hər hansı genişmiqyaslı polis yeridilməsini böyük təxribat kimi qiymətləndirirlər.