vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
15:28 | 18 aprel 2022 | Bazar ertəsi Məqaləyə 1153 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dişbatmayan iş adamının dişəbatan işi

... Yaxud mafiyaya, xalauşaqlarına bağlı hücum tayfasının zingiltisi

Şəbnəm KARSLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Mübariz Mənsimov nə vaxt dişəbatan yaxşı iş görsə bir qrup hücuma keçir. Əlbəttə o qrupun kimlərə bağlı olub haradan bəsləndiklərini açıqlamağa hacət yoxdur, hər kəs bilir. Şəhid general Polad Həşimovun adına gəminin suya endirilməsi ilə növbəti hücum başladı. Bir həftədir gündəmimiz bu olub.

Rəsulzadə gəmisi vaxtı da həngamə qopmuşdu, heç nə tapmayanda dedilər ki, köhnə gəminin adını dəyişiblər. Gəmiçilik sektorunda yenilik idi sanki, həmişə belə olub da. Bayraq və adlar dəyişdirilir. Sonra müəmmalı şəkildə Rəsulzadə gəmisi vuruldu, o haqda yazmışdım, təkrarlamağa gərək yoxdur. Mənsimov 2019-da Elçibəy adına gəmi də olacağı anonsunu vermişdi. Sonra olanlar oldu, həbs, məhkəmələr, Qarabağ savaşı... Həbsdən sonra Mənsimov yeni gəmisinə şəhid general Polad Həşimovun adını verdi. Açılışa şəhidin anası dəvət edildi, adına layiq tədbir keçirildi.

İndi də hücum tayfası Elçibəy gəmisini xəbər alır. Elçibəy gəmisi olsa, ona da mız qoyacaqlar, bir əmma tapacaqlar, əminəm.

Qarayaxmanın ən əbləhcəsi talış məsələsidir. Qarabağda şəhid olanda talışlar yaxşı oğlanlar idi, amma iş adamı olub sizə yal atmayanda pis oldular? Separatçı dediyiniz adam milli ayrı-seçkilik etmir, amma siz onu milli kimliyi ilə ayırırsınız. “Mən Türkəm” ifadəsi daş olub başlarına. Qardaş ölkənin Konstitusiyasına görə Türkiyə Cümhuriyyəti vətəndaşı olan hər kəs Türk olduğu kimi, Azərbaycan şəxsiyyət vəsiqəsini daşıyanlar da azərbaycanlıdır. Ayrı seçkiliyi bunu diqqətə almadan xalqı parçalayanlar edir.

İndiyə qədər hücuma qoşulan şəxsləri incələdim. Pul haradan gəlsə o tərəfə yıxılan ucuz jurnalistkimilər, siyasi kurasiyası kürd mafyasına, xalauşaqlarına, Azərbaycan fetösünə bağlı kəsimlərdən səs gəlir. Kimin kimə bağlı olduğunu da o qədər yaxşı bilirik ki. Anadolular demiş, biz beş kişiyiz, hepimiz bir birimizi iyi biliriz.

P.S.: Bu yazını yazdığım üçün məni iş adamı ilə əlaqədə ittiham edəcəklər, bilirəm. Mənsimov evə buraxılan gün gözaydınlığı üçün zəng etdim, ondan sonra hər hansı bir şəkildə əlaqəm olmayıb...