vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MÜƏLLİF  
17:05 | 27 iyul 2013 | Şənbə Məqaləyə 1635 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şərəfi “kitayski” çıxanlar və...»

«...savaba görə cəhənnəm çəkənlər»

Etibar CƏBRAYIL

MÖVZU İLƏ ƏLAQƏLİ

“Xəzər Lənkəran”a könül verən dəyərli dostlardan biri zəng eləmişdi. “Kontur” sıxıntısı olmasa da, ətraflı girişə ehtiyac görmədi. Söhbəti qısa elədi, dedi ki, qardaş, İsrail komandası iki oyuna qapımıza 10 top vurdu. Klubumuzun 10 illik yubileyinə 10 qol hədiyyə etdilər. Nə yaxşı ki, “Xəzər Lənkəran”ın 20 yaşı yox imiş… Təbii ki, dostum zarafat eləmirdi. Baş verən rəzillikdən necə tüstüləndiyi telefondakı səsindən də bəlli idi. Hayfa “Makkabi”sindən aldığımız utancverici məğlubiyyətə 50-60 dostum şahidlik etsə idi nə vardı ki… Heç bu yazını yazmağa da ehtiyac qalmazdı. Nə yazıq ki, təkcə klub deyil, Lənkəran və Azərbaycan adına bu rəzaləti bütün dünya gördü.

Nə Mübariz Mənsimovun yaratdığı “Xəzər Lənkəran”, nə Lənkəran, nə də Azərbaycan bu biabırçı hadisəyə layiq deyildi. İki oyunda qapımızı aşsüzənə döndərməyə “Makkabi”nin tək gücü çatmazdı. İsrailli futbolçularla qələbəni xonçada bağışlayanlar oldu. Şərəfi ”kitayski” çıxanlar bizə bu rüsvayçı məğlubiyyəti yaşatdılar Klubda işlərin “ni to” getdiyini görməyən, duymayan yox idi. Həyatda ən acı şey insanın qorxduğunun başına gəlməsidi. Hayfalı futbolçularla cavab görüşündən öncə klub rəsmilərindən biri ilə telefon danışığımızda oyunda bəzi futbolçuların “oyun oynayacağından” şübhələrimi dilə gətirmişdim. Təəssüf, çox təəssüf ki, proqnozum özünü doğrultdu. Sevinmirəm. Allah kəssin belə düz çıxan proqnozu.
Lənkəranın adına, Mübariz Mənsimovun nüfuzuna, “Xəzər Lənkəran”ın 10 illik tarixinə qara ləkə vurulub. Bunu yalnız qapımızdan qol keçirənlər etməyib. Bu gün adı əsasheyətdən uzaqlaşdırılan futbolçular da rəzalətin tək günahkarları deyillər. Mirzə İbrahimovun “Böyük dayaq” əsərində yazıldığı kimi, onlardan da təhlükəli ilanlar daş altında yatır.
Könül verdiyimiz ”Xəzər Lənkəran”ın faciəli durumu göz qabağındadı. Bu acınacaqlı vəziyyətə görə klubda çalışan hər bir kəs məsuliyyət daşıyır. Heç kim orda-burda gizlənməyə cəhd göstərməsin. İnsanlardan qaçmağa, gizlənməyə nə var ki. Amma Allahdan qaçmaq hələ heç bir bəndəyə nəsib olmayıb. Yarımcan “Turan”ı, “Gəncə”ni, onlardan ger qalmayan Malta “Slima”sını güc-bəla ilə udanda telekanallardan, qəzet və saytlardan gözümüzü yağır edən klub rəsmiləri niyə indi görünmürlər? Çıxıb niyə azarkeşlərdən üzr istəmirlər? Mən bildiyim qədər ilə Mübariz Mənsimov yalnız mətbuat xidmətinin rəhbərinə maaş vermir. Klubda ancaq rəhbər vəzifə tutan bir “KAMAZ” adam var. Niyə indi biri də gözə dəymir? Onların da şərəfinin “kitayski” çıxdığına inanmaq istəmirəm.
İnandığım bir şey var. Klub azarkeşlərinin bu məsələdə heç bir günahı yoxdu. Buna yüzdə yüz əminəm. Həmin faciəli və qara gündə heç bir “Xəzər Lənkəran” azarkeşi “Maral, Maral, Maral” kimi düşük mahnını kefindən oxumayıb. Heç bir lənkəranlı gülümoğlan Güloğlanın yumruğuna güvənən, Mahiri mahircəsinə şıllaq atan ”Neftçi”nin adını sevincindən qışqırmayıb. Bunları əsəbdən, ürək yanğısı və sizə nifrətdən ediblər. Klub rəhbərliyi anlamır ki, azarkeşlərin onlara borcu yoxdu. Klubun onlara borcu var. Təbii ki, söhbət mənəvi borcdan gedir. Maddi yox, mənəvi borcdan. Bilmirəm, anlada bildimmi?
Gözəl şairimiz, dəyərli ziyalımız Musa Yaqubun çox sevdiyim misrası var
Bəlkə də yeganə müsəlmanam mən,
Cəhənnəm çəkirəm savaba görə.
Dostum Musa Yaqub tək deyil. “Xəzər Lənkəran”ın savaba- “ağ-yaşıllara” köül verdiyinə görə cəhənnəm çəkən on minlərlə azarkeşi var. Ola bilsin ki, yaxın 20-25 gündə klub rəsmilərindən kimsə mətbuatda peyda olmağa özündə güc tapsın və “Biz baş məşqçinin işinə qarışmırıq” kimi köhnə bayatı oxusun.
Ola bilsin… Amma beləsi varsa bilməlidi ki, Con Toşak kimi dünyaca məşhur məşqçinin işinə qarışmağa onun səviyyəsi yetməz. İkincisi də, baş məşqçinin işinə qarışmamaq
hər hansı bir klub rəsmisini məsuliyyətdən azad etmir. Yenə söhbət maddi yox, mənəvi məsuliyyətdən gedir. Bilmirəm, anlada bildimmi?
Yazıya nöqtə qoyanda daha bir dostum zəng etdi. Soruşdu ki, Con Toşakın sehrli çubuğu nə oldu? ”Konturum” az olduğundan dostuma qısa cavab verdim:
- Toşakın sehrli çubuğunun üstünə Rednikin pişikləri zad edib…

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)