vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
OLAY  
11:59 | 17 may 2022 | Çərşənbə axşamı Məqaləyə 2502 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MM-də yeni təyinat

25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin yeni Aparat rəhbəri Hacıyev Fərid Famil oğlunun tərcümeyi halı açıqlanıb. Milli Məclisdən “Trend”ə verilən məlumata görə, Hacıyev Fərid Famil oğlu 1989-cu ildə Bakı şəhərində anadan olub.

O, orta təhsilini 23 saylı orta məktəbdə alıb, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb.

F.Hacıyev Universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışıb. O, 2012-ci ildən Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərməyə başlayıb və ötən dövrdə Milli Məclis Aparatında müxtəlif vəzifələrdə çalışıb. Bu vəzifəyə təyin olunana qədər isə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

F.Hacıyev Azərbaycan, ingilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.