vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 4 avqust 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
XADİM  
10:46 | 10 mart 2020 | Çərşənbə axşamı Məqaləyə 1504 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni spiker kimdir?

Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin Sədri postuna namizədliyi irəli sürümüş Sahibə Əli qızı Qafarova filologiya elmləri doktorudur. Bakı Slavyan Universitetinin prorektorudur.

1955-ci ildə anadan olub.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvüdür.

İki ali təhsil alıb. M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) bitirib.

1978-1980-ci illərdə Şəmkir şəhərində (orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərib. 1981-ci ildən Slavyan Universitetində çalışır.

Sahibə Qafarova ədəbiyyat nəzəriyyəçisi, müasir rus və Amerika ədəbiyyatı üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Ədəbiyyatda  Gender problemlərinin tədqiqi ilə məşğuldur.

Professor Sahibə Qafarova bir sıra beynəlxalq təlim proqramlarının və layihələrin  iştirakçısı olub.

2006-cı ildə ABŞ Dövlət Departamentinin “Fulbright Scholarship” proqramı çərçivəsində Miçiqan Universitetinin “Gender araşdırmaları” İnstitutunda çalışıb. ABŞ-ın Prinston, Miçiqan, Tennessi Universitetlərində mühazirələrlə çıxış edib.

2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

IV və V və VI Çağırış Azərbaycan Respublikasının Milli Məclis deputatı seçilib.

2015-2017-ci illərdə AŞPA-nın “Qadınlara qarşı zorakılıqla mübarizə” üzrə Baş məruzəçisi olub. Həmin gurumun “Qadınlara qarşı zorakılıqla yox!” şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində çalışıb.

2016-2017-ci illərdə AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri olub. Həmin illərdə AŞPA-nın Büro üzvü olub.

2018-ci ildən AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *