vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
11:40 | 9 iyun 2022 | Cümə axşamı Məqaləyə 835 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“F-35”lər optimallaşdırılır

İsrail İrana hücumun hazırlıqlarına başlayıb

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail ordusu F-35 döyüş təyyarələrini artıq havada yanacaq doldurmağa ehtiyac olmadan İsraildən İrana irəli-geri uça bilmələri üçün təkmilləşdirib.

Bu barədə “Jerusalem Post” yazıb. Nəşrin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri F-35 qırıcılarını havada yanacaq doldurmadan İsraildən İrana uçurmaq üçün yeni imkan yaradıb və əlavə olaraq, bu təyyarələr yeni bir tonluq bomba daşıya bilir.

Xəbərdə bir tonluq bombanın Müdafiə Sənayesinə bağlı “Rafael Qabaqcıl Silah Sistemi" tərəfindən düzəldildiyi bildirilir.

Bomba avtomatikdir və özünü elektron müharibə sistemlərindən qoruma qabiliyyətinə malikdir.

Qeyd edək ki, İsrail ordusu da bu yaxınlarda İran obyektlərinə hücumu simulyasiya edən hava təlimi keçirib.