vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
11:48 | 16 iyun 2022 | Cümə axşamı Məqaləyə 955 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Birdən-birə 12.9 dollar

FED-in iclasından sonra qızıl bahalaşdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Qızılın qiyməti ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iclasının nəticələrinin açıqlanması və tənzimləyicinin inflyasiya proqnozunu artırmasından sonra cümə axşamı səhər bahalaşıb.

Nyu-Yorkun "Comex" birjasında qızılın avqust fyuçersləri 12,9 dollar və ya 0,71 faiz bahalaşaraq 1 unsiyası üçün 1 832,5 dollar təşkil edib. Gümüşün iyul fyuçersləri isə 1,01 faiz artaraq 1 unsiyası üçün 21,673 dollar olub.

Xatırladaq ki, ötən gün FED-in iki günlük iclası başa çatıb. Martda tənzimləyici qurum cari il üçün inflyasiya proqnozunu 4,3 faizdən 5,2 faizə yüksəldib. May ayının nəticələrinə görə, ABŞ-da illik inflyasiya 1981-ci ildən bəri rekord səviyyəyə çataraq 8,6 faiz təşkil edib.

Qeyd edək ki, uçot dərəcəsinin artırılması qızılın bahalaşmasına, dolların isə zəifləməsinə səbəb olur. Bu, qızılı satınalmalar üçün daha çox əlçatan edir. (Report.az)